Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağa dair imzaladıqları bəyanat İrəvanı istənilən ərazi iddiaları hüququndan məhrum edir və qondarma “dqr” separatçı layihəsinə son qoyur. Vəssalam! “artsax” yoxdur, Qarabağın heç bir sərhədi yoxdur – Azərbaycan var!
Turkustan.info xəbər verir ki, bunu beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov deyib.
Onun sözlərinə görə, “ikinci erməni dövləti” layihəsinin mövcudluğu və müstəqilliyi perspektivləri məsələsi artıq bağlanıb:
“Azərbaycan ərazisində döyüşlərin dayandırılmasına dair üçtərəfli bəyanatda Qarabağa status məsələsi nəzərdə tutulmayıb. Bu onu göstərir ki, heç bir “müstəqillik”dən söhbət getmir və “ikinci erməni dövləti” olmayacaq. İrəvan öz ambisiyalarına görə sarsıdıcı məğlubiyyətə uğrayıb və gec bərpa olunacaq. Ermənistan üçün bunu qəbul etmək çətin olsa da, o, hələ uzun müddət tanınmamış ərazi və separatçıların keçmiş “hökuməti” ilə oyun oynamağa çalışacaq, lakin bu, artıq perspektivsiz hekayədir”, – politoloq qeyd edib.
araz.az
araz.az xəbər portalı.