turk aze ordu e1601639572764

Naxçıvan Meğri vasitəsilə Azərbaycanla birləşir, Ermənistan cənubdan da bloklanır.

Turkustan.info xəbər verir ki, bu barədə erməni iş adamı, marketoloq Vaqram Mirakyan sosial şəbəkə hesabında yazıb.

O, dediyinin sübutu kimi üçlü Bəyanatın aşağıdakı məqamlarını diqqətə çatdırıb:

“1. “dqr”in keçmiş ərazilərindən söhbət getmir

2. Talış, Madagiz, Hadrut barədə bir söz belə yoxdur

3. Başa düşdüyümüz kimi, türk ordusu Rusiya ordusu ilə bir yerdə “artsax”dadır.

4. Naxçıvan Meğri (Sünik vilayəti) vasitəsilə Azərbaycanla birləşir, yəni Ermənistan cənubdan bloklanır.

5. Rusiya sülhməramlıları 5 il müddətinə qalırlar və əgər 5 ildən sonra tərəflərdən biri razılaşmadan çıxmırsa, müddət avtomatik olaraq uzadılır. 5 və ya 10 ildən sonra Azərbaycan tərəf kimi razılaşmadan çıxa bilər, o zaman ruslar gedəcək, “dqr” və Emənistan blokadada qalacaq

6. “dqr” statusu haqqında heç bir söz yoxdur

7. Azərbaycanlılar öz qaçqınlarını, təxminən, 200 min nəfəri “artsax”da məskunlaşdıracaq”.

Onun sölərinə görə, Ermənistan türk birliyi qarşısında aciz vəziyyətdədir:

“Strateji nöqteyi-nəzərdən Türk Dünyası inanılmaz uğur qazandı – Ermənistan vasitəsilə birləşdi, “artsax”ın yarısını – Kəlbəcəri, Ağdamı, Şuşanı və digərlərini aldı…”

Qeyd edək ki, Qarabağı işğal edən ermənilər Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazilərini həyasızcasına “öz torpaqları” adlandırmaqda davam edir.

 

 

 

araz.az

araz.az xəbər portalı.