araz.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bildirib.
“Hazırda baş verənlər, xüsusilə sülhməramlıların iştirakı (Qarabağda) 4.5 il bundan əvvəl də Rusiya yanaşmasının bir hissəsi idi. Ermənistan və Rusiya arasında münasibətlər Moskvanın Qarabağla bağlı mövqeyini dəyişmir”, – deyə Baş nazir bildirib.
Onun sözlərinə görə, Rusiyanın Qarabağla bağlı mövqeyinin Ermənistanda 2018-ci ilin mayındakı “məxməri inqilab”dan sonra da dəyişməməsi Yerevanla Moskva arasında normal münasibətlərdən xəbər verir:
“Bizim Rusiya ilə normal, işgüzar münasibətlərimiz olub, var və olacaq”.
Rusiya lideri ilə münasibətləri haqqında suala isə Ermənistan Baş naziri “Şəxsi səviyyədə mənim Prezident Putinlə işgüzar və yaxşı münasibətlərim var” cavabını verib.
araz.az
araz.az xəbər portalı.