koronaaajpg 1586450974

İranda insanlar üzərində yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı iki peyvəndin sınaqlarına başlanılıb.

Bu barədə “Fars” agentliyi İran Tibb Elmləri Universitetinin rektoruna istinadən xəbər verir.

Qeyd olunur ki, peyvəndlərin sınaqları üçün çoxlu sayda könüllü cəlb edilib.

İran hökuməti əvvəllər dəfələrlə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənən peyvəndi xaricdən dərhal almağa hazır olduğunu bildirib. Eyni zamanda, hazırda peyvəndin hazırlanmasına dair ölkə daxilidə də işlər aparılır.

Xatırladaq ki, İranda cari ilin fevralın 19-da koronavirusa ilk yoluxma halı qeydə alınandan indiyədək COVID-19-a 738 322 nəfər yoluxub, 40 582 nəfər ölüb, 546 642 nəfər sağalıb

 

araz.az

araz.az xəbər portalı.