Bu gün Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana zəng edib.
araz.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Məlumatda deyilir ki, telefon əlaqələri zamanı 9 noyabr tarixli Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatda yer alan razılaşmaların həyata keçirilməsinin praktik aspektləri müzakirə edilib. Atəşkəsə əməl olunmasından və təmas xəttindəki vəziyyətin olduqca sakit olmasından məmnunluq ifadə olunub.
Vladimir Putin, Prezident İlham Əliyevlə söhbətində xristian kilsələrinin və monastırlarının Üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycan Respublikasına qaytarılan bölgələrdə yerləşməsinə diqqət çəkib. Bu baxımdan, bu ziyarətgahların qorunması və normal kilsə həyatının təmin edilməsinin vacibliyini vurğulanıb.
Azərbaycan Prezidenti bu mövzuda anlayış nümayiş etdirərək Azərbaycan tərəfinin bu istiqamətdə müvafiq addımlar atacağını bildirib.
araz.az
araz.az xəbər portalı.