Ermənistan Xankəndindən olan erməniləri geriyə göndərirlər. Onların arasında Şuşadan qaçanlar da var. Erməni mətbuatının TASS-a istinadən yaydığı bu fotoda qaçqınlar Yeravan küçəsində onları Xankəndinə aparacaq avtobusları gözləyirlər. Dünən artıq bir dəstə erməni Yeravandan Qarabağa qaytarılıb.
PİA.az xəbər verir ki, üçtərəfli sazişə əsasən ermənilər BMT-nin nəzarəti altında Qarabağa qayıtmalıdırlar. İndi Rusiya və Ermənistan üçtərəfli sazişin şərtlərini açıq və kobud şəkildə pozurlar.
Biz hardan biləcəyik ki, geri dönənlər Suriyadan və Livandan Qarabağa gətirilən ermənliər deyil?
Maraq doğuran xüsuslardan biri də Azərbaycan tərəfinin baş verənlərə susqunluq nümayiş etdirməsidir… Azərbaycan tərəfi təcili şəkildə Rusiyaya öz etirazını bildirməlidir.
pia.az
araz.az xəbər portalı.