Ermənistanın 28 ildir işğal altında saxladığı Azərbaycan torpaqlarının azad olunmasına bizi peşman etdilər.
Publika.az xəbər verir ki, bu fikirlə “Yeni Akit”in köşə yazarı Ali İhsan Karahasanoğlu çıxış edib.
A.Karahasanoğlunun son köşəsində Qarabağla bağlı qələmə aldığı fikirləri təqdim edirik:
“Kimiləri “Rusiya qazandı” deyir.
Yəni Azərbaycan canını dişinə taxır, torpaqlarının bir hissəsini geri alır. Azad olunan hissənin müzakirəsi belə getmir. Hələ ki, azad olunmayan, azad edilmək üzrə olan torpaqlar Rusiyanın vasitəçiliyi ilə Ermənistan tərəfindən qısa müddətdə boşaldılmaq üzrədir. Məhz bu ərazilərdə rus sülhməramlıları yerləşdirildi deyə bizim içimizdəkilər başlarını çıxarıb şərh verməyə başladılar.
“Rus əsgəri var, türk əsgəri yoxdur!” Başa salmağa çalışırıq ki, atam, siz nə deyirsiniz? O torpaq Ermənistanın işğalı altında idi. İndi işğal başa çatır. Ermənistan əsgəri geri çəkilir. Azərbaycan oraya hakim olacaq. Rus əsgəri isə bir müddət təhlükəsizlik məqsədilə bölgədə olacaq ki, bu bölgələr hələ ki,geri alınmayıb. Geri alınan ərazilərdə rus əsgəri-filan yoxdur.
Onlar qayıdıb “Qarabağda Türkiyənin kürəyindən vurdular” manşeti yazırlar.
“Rus əsgəri 5 il boyunca o sahədə qalacaq”mış…
“Sonra bu müddətin yenidən uzadılması mümkün olacaq”mış…
“Türk əsgəri monitorinq mərkəzlərində olacaq, amma rus əsgəri küçələrdə də gəzəcək”miş…
Daha nələr, nələr…
Eləmə, mızqoyan qardaş, o bölgənin hamısı, onsuz da, Ermənistanın işğalı altında idi. İndi yarısı azad olunub, yarısı da olunmaq üzrədir. Bir az insaf. Dünəndən daha pis deyil, dünəndən çox-çox daha yaxşı vəziyyətdəyik. Bu, nə mənfi baxış bucağıdır?
Neqativ adamlara söz keçirə bilmirik… Bizim məhəlləmizdəkilərə belə…
Rusiya Müdafiə Nazirliyinin yayımladığı xəritəyə görə, qurulacaq rus hərbi məntəqələrinin rəngli görüntülər fonunda yeni dövrdə harada olacağı göstərilib.
Sanki dünənə qədər rusların orada bazaları yox imiş. Artıq Ermənistan əsgərləri də o torpaqda işğalçı olaraq yerləşməyibmiş. İndi ilk dəfə yeni qurulacaq məntəqələrlə bölgədə rus hakimiyyəti həyata keçirilirmiş.
Türkiyədə çıxan bir qəzet olduqlarını unudurlar. Sanki rus qəzetləridir. Özlərini Rusiya Xarici İşlər nazirinin mətbuat katibi kimi aparırlar.
S.Lavrovun açıqlamasını dərc edib “Qərarı Azərbaycan yox, Rusiya verir” təqdimatı ilə başlıq atırlar. Haqlarını yeməyək, arada Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun da açıqlamalarını verirlər. Amma “Lavrov “Türkiyə olmayacaq” dedi!” əlavəsini də vermədən dayana bilmirlər.
“Cümhuriyyət” qəzeti isə “Yaşasın!” deyərək göyə hoppanırmış kimi başlıq atıb: “TSQ orada olmayacaq”. TSQ orada olacaq.
Elə zənn edək ki, olmayacaq…
Siz, onsuz da, Afrində əməliyyat keçirilərkən “Suriyada nə işimiz var?” demirdinizmi? Ya Liviyada?
Qoyun indi TSQ Qarabağda PUA-ları ilə olsun. Azərbaycanlı əsgərlər, onsuz da, bölgədədir. Erməni əsgərlər çıxıb gedib. TSQ-nin də bir miqdar əsgəri mərkəzdə olacaq.
Daha nə istəyirsiniz?
O bizi “təbii qazı niyə tapdıq? Kaş ki tapmayaydıq” demək nöqtəsinə gətirib çıxaranlar var e, indi onlar bizə bir də “Qarabağ niyə işğaldan azad olundu ki? Kaş ki, eləcə işğal altında saxlayaydıq” dedirtmək üçün 4 qoldan əməliyyata başlayıblar”.
Zümrüd
araz.az xəbər portalı.