Ağdamda döyüş mövqelərini tərk etmək istəməyən erməni silahlıları mühasirəyə alınıb və onlara xəbərdarlıq edilib.
araz.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə görüntülər Teleqram sosial şəbəkəsində yayılıb.
“Silahları yerə buraxın və təslim olun, bu torpaqlar artıq Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Sənin ölümün heç bir şeyi dəyişdirməyəcək”, – deyə erməni silahlılarına xəbərdarlıq edilib.
Qeyd edək ki, dünən Ağdamda təslim olmaq istəməyən erməni hərbi birləşmələri ilə rus sülhməramlıları arasında ataşmanın baş verdiyi haqda məlumatlar yayılmışdı.
[bt_youtube url=”https://www.youtube.com/embed/vjqBlR7Wnrg” width=”560″ height=”310″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
araz.az
araz.az xəbər portalı.