gence rocket 171020 3Düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutması nəticəsində 94 nəfər həlak olub, 414 nəfər yaralanıb.
 
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb. Bu barədə araz.az-a daxil olan məlumatda
bildirilib ki, işğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 3410 yaşayış evi yararsız vəziyyətə düşüb.
Həmçinin, 512 mülki obyekt, 120 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.      
 
 
Rəşad CƏFƏRLİ,
araz.az  xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.