Bakı şəhəri Keşlə qəsəbəsi, Rafiq Ağayev küçəsi 21, ev 6-da yaşayan Qarabağ müharibəsi əlili Rəhmanov Əhməd Fazil oglu Mia.az-a müraciət göndərib.
O, Mia.az-a göndərdiyi şikayətə “Azəriqaz”İstehsalat Birliyinin rəsmi sənədini də əlavə edərək, bildirib ki, bu sənəd “Azəriqaz”ın direktor müavini Ceyhun Şıxəliyev Dövlət Tibbi Sosial Ekspertiza Mərkəzinin rəhbərliyinə göndərib:
“Sorğuda göstərilir ki, “Azəriqaz” İB-nin qaz istismar xidmətlərində çalışan cilingərlərin işi partlayış xarakterlidir….Amma… Əslində isə ” Azəriqaz ” hətta təmir-tikinti sahəsində işləyən qaynaqçı və çilingərlərə Əmək Məcəlləsində göstərilən və Nazirlər Kabinetinin buna dair olan sərəncamına uyğun olaraq nə partlayış xarakterli işlər üçün ağır iş əmsalı, nə də bu işə uyğun iş rejimi tədbiq edir. Bunu sistemdə işləyənlərin aylıq əmək haqqı cədvəlinə baxmaqla da asanlıqla müəyyən etmək olar.
O zaman burda sual yaranır: “Azəriqaz” rəhbərliyi bu məktubu yazanda səhv buraxıb, yoxsa, işçilərin əmək haqqlarını bilərəkdən kəsir, daha dəqiq desək, oğurlayır?”.
Şikayətçi yazır ki, partlayış xarakterli iş rejimində işləyən işçinin həftəlik iş saat norması 36 saatdan çox olmamalıdır: “Yox, əgər artıq işləyərsə, həmin saatlar 2 qat ödənilməlidir. Halbuki, hər bir çilingər və ya qaynaqçı 1 ay ərzində ən azı 40-50 manat az pul alır. Deməli, “Azəriqaz” həm işçinin, həm də dövlətin cibinə girir. Yənı həmin o 40 -50 manatın vergi və sosial tutumunu nəzərdə tuturam. Sonda isə bu məbləği Azəriqazda çalışan bütün cilingərlərin sayına vurun, o zaman məbləğin hara yüksəldiyi görünəcək”.
İddialara qurumun mövqeyini də əlavə etməyə hazırıq.
Mia.az.
araz.az xəbər portalı.