2016 08 13 22 29 24Putin 26

“Beynəlxalq hüquqa əsasən, Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub”.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Dövlət başçısı qeyd edib ki, KTMT bu münaqişəyə müdaxilə edə bilməzdi: “Çünki heç bir dövlət Ermənistana hücum etməyib”.

Rusiya prezidentinin sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçi missiyasını üzərinə götürüb, hər iki ölkənin liderini dinləyib və onlarla növbə ilə əlaqə saxlayıb/Report.

Mia.az xəbər verir ki, Putin “Rusiya 24” telekanalında Türkiyə ilə Qarabağla bağlı mərkəz yaradılmasına da toxunub: “Qarabağ üzrə birgə Rusiya-Türkiyə mərkəzi pilotsuz uçuş aparatlarından istifadə edəcək. Bizim Yaxın Şərqdə qarşılıqlı əlaqə üzrə çox yaxşı təcrübəmiz var, həmçinin Suriyada, İdlib zonasında, Suriya və Türkiyə arasında sərhəddə birgə patrul xidməti, konvoylar təşkil edirik. Burada bu cür qarşılıqlı əlaqə tələb olunmur. Amma biz razılaşdıq ki, birgə mərkəz yaradaq, hansı ki, pilotsuz uçuş aparatlarından istifadə edəcək. Bu aparatların köməyi ilə ayrılma xətti boyunca vəziyyətə birlikdə nəzarət edəcək, informasiya alacaq, birlikdə təhlil edəcəyik”.

Mia.az

araz.az xəbər portalı.