İşıqlı Ermənistan Partiyasından olan deputat Gevork Qorgisyan II Qarabağ savaşından öncə İrəvanın Rusiyadan aldığı Su-30CM təyyarələri ilə bağlı parlamentin Müdafiə və Təhlükəsizlik Komissiyasındakı iclasın detalını açıqlayıb.
Turkustan.info xəbər verir ki, Qorgisyan iclas zamanı Su-30CM-lərin nə dərəcədə döyüşə hazır olması məsələsini müzakirə etdiklərini bildirib. O, həmçinin millət vəkillərinin bu təyyarələr üçün niyə hökumətin silah almadığı sualını Müdafiə Nazirliyi nümayəndəsinə verdiklərini deyib.
MN nümayəndəsi isə onlara bu məsələnin həll ediləcəyini, aviasiya raketlərinin alınmasının planda olduğunu söyləyib.
Qeyd edək ki, Ermənistanda Rusiyanın 4 ədəd Su-30CM təyyarəsi var. Ermənistan müharibəyə qədər bu təyyarələrlə çox qürurlansa da, savaşda onlardan istifadə etməyib.
Müharibədən sonra Ermənistan KİV-ləri və bir sıra siyasətçilər bu təyyarələrin niyə istifadə edilməməsi məsələsini gündəmə gətirsələr də, Ermənistan MN təyyarələrin öz tapşırıqlarını icra etdiyini deməklə kifayətlənib.
araz.az
araz.az xəbər portalı.