Türkiyənin “Eurovision”dan imtina etməsindən sonra təşkil etdiyi “Türkvizyon” müsabiqəsi gələn il Şuşada keçiriləcək. 24News.ge xəbər verir ki, bu barədə TMB yayım şirkəti məlumat yayıb. Qeyd olunub ki, müsabiqənin ev sahibi Azərbaycan, Şuşa şəhəri olacaq. Sözügedən müsabiqəni TRT-Müzik və TMB telekanalları canlı yayımlayır. Xatırladaq ki, müsabiqə ilk dəfə 2013-cü ildə Əskişəhərdə keçirilib və artıq 7 ildir ki, Türk dilli xalqların musiqiçiləri bu müsabiqədə iştirak edirlər.
araz.az xəbər portalı.