1605702077 1

 

Almaniya alimləri COVID-19-u məhv edən içkiləri açıqlayıb.

Asiya.az xəbər verir ki, bu barədə “bioRxiv” jurnalında məlumat dərc olunub.

Belə ki, Ulma Universitetinin Tibb Mərkəzinin Molekulyar Virusologiya İnstitutunda sınaq keçirilib – təbii məhsulları viruslarla qarışdırıb bir müddət otaq temperaturunda saxlayıblar. Məlum olub ki, qara meyvəli quşarmudu (üvəz) şirəsi beş dəqiqədə orqanizmdəki koronavirus infeksiyasının 97 faizini məhv edir.

Bundan əlavə, təbii şirələr və yaşıl çay infeksiyaya yoluxma ehtimalını əhəmiyyətli dərəcə azaldır. Misalçün, nar şirəsi çox güclü antivirus xüsusiyyətlərinə malikdir. Mütəxəssislərin fikrincə, COVID-19 patogenlərinin 80% -dən qurtulmaq üçün nar şirəsi ilə boğazı qarqara etmək kifayətdir.

Məlumata görə, təbii şirələrin tərkibindəki qələvi mühit virus zülallarına dağıdıcı təsir göstərir.

araz.az xəbər portalı.