Amerikada yeni istifadəyə verilən yürüstü piyada keçidi faciəyə səbəb oldu. Turkustan.info-nun yerli mətbuata istinadla verdiyi məlumata görə, Florida ştatında – Mayami şəhərində piyada keçidi uçub. Ən son məlumata görə, baş vermiş hadisə nəticəsində azı 4 nəfər ölüb. Bu barədə şəhərin yanğınsöndürmə xidmətinin rəhbəri Deyd Deyv Dauni məlumat verib. “İndiyə kimi dörd nəfərin meyitini tapmışıq. Axtarış işləri davam edir. Ölü sayının arta biləcəyi istisna edilmir”.
Qeyd edək ki, hadisə zamanı azı 10 nəfər də müxtəlif dərəcəli travmalar alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Uçqun yoldakı maşınlara da ciddi ziyan vurub. Azı 8 avtomobil yararsız hala düşüb.
Məlumata görə, uçan keçid tam hazır olmayıb. Ancaq əsas işlər yekunlaşmışdı. Ötən həftə onun əsas hissəsi – 950 tonluq seksiya quraşdırılmışdı. Keçid 7 zolaqlı maşın yolunun üzərindən – xüsusilə Florida Beynəlxalq Universitetinin tələbələri üçün inşa edilib. Açılış gələn ilin əvvəlində olmalı idi.
[bt_youtube url=”https://youtu.be/IPthP3MXcs8″ width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.