muxtar 696x498Redaksiyamıza Lerik rayonundan bir qurup müəllim tərəfindən şikayət məktubu daxil olub. Müəllimlərin şikayətini nəzərə alıb məktubu olduğu kimi ixtiyarınıza veririk:

Məlumat üçün bildirim ki, Lerik Rayon M.Qafarov adına Siyov kənd tam orta məktəbin direktoru İlham Əmirovun qanunsuz əməlləri barəsində Təhsil Nazirliyinə dəfələrlə şikayət məktubları göndərilmişdir. Təhsil Nazirliyi tərəfindən edilən şikayətlərə heç bir cavab verilməmişdir. Edilən şikayətlərə cavab verilməməsinin səbəbi Siyov məktəbinin direktoru İlham Əmirovun arazqırağı yeznəsi Təhsil Nazirliyin Aparat rəhbəridir. Təhsil Nazirliyinin Aparat Rəhbəri Muxtar Məmmədov Siyov məktəbinin direktoru İlham Əmirovun əmisi oğlu Əmirov Rəfail Seydəmir oğlunun yeznəsidir. Rəfail Əmirov hal – hazırda Bakıda yaşasa da, əslən Lerikin Siyov kəndindəndir. Lerik Rayon M.Qafarov adına Siyov kənd tam orta məktəbin direktoru İlham Əmirov məktəbdə törətdiyi qanunsuz əməlləri barəsində edilən şikayətləri cavabsız qoyması ilə yanaşı​, Təhsil Nazirliyinin Aparat Rəhbəri Muxtar Məmmədov həmdə direktora yeni qanunsuz əməllərin törətməsinə şərait yaradır. Məktəbin direktoru İlham Əmirov arazqırağı yeznəsi Muxtar Məmmədova arxalanaraq Lerik Təhsil Şöbəsinin Müdiri Zöhrab Salayevədə krişalıq edir. Təhsil Nazirliyi Aparat Rəhbəri Muxtar Məmmədov tək Lerikin Siyov kəndindəki qohumlarını deyil, rayonun digər kəndlərindəki qohumlarını təhsil müəssisələrində vəzifələrə təyin edilməsinə şərait yaradır. Muxtar Məmmədov öz qohumlarını təhsil müəssisələrində vəzifələrə təyin etməklə Respublikamızın təhsilini sual(?)​ altda saxlayır. Muxtar Məmmədov tək Lerik Rayon M. Qafarov adına Siyov kənd tam orta məktəbindəki direktorun fəaliyyətini əsas tutaraq aparat rəhbərinin məqsədi təhsilin inkişafını yox, öz maddiyyatı güdməsi görünür.

[bt_youtube url=”https://www.youtube.com/embed/p4zFzglmYrQ” width=”560″ height=”310″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
araz.az

araz.az xəbər portalı.