“Qarabağda “İsgəndər” raketindən istifadə etdik” deyən Ermənistan Baş Qərargahının keçmiş rəisi general-polkovnik Movses Akopyan Ermənistanın Xüsusi İstintaq Xidmətinə çağırılıb.
Modern.az erməni KİV-lərinə istinadla xəbər verir ki, bu barədə M.Akopyanın özü məlumat verib.
General-polkovnik Xüsusi İstintaq Xidmətində dindirilməsinin təfərrüatları barədə məlumat verməyib.
Qeyd edək ki, daha əvvəl M.Akopyan Dağlıq Qarabağ münaqişənin eskalasiyası dövründə Ermənistanın “İsgəndər” operativ-taktiki raket kompleksini tətbiq etdiyini bildirib: “İsgəndər” tətbiq olunub. Amma hansı istiqamətdə atıldığını deyə bilmərəm”.
araz.az
araz.az xəbər portalı.