XERITE SULHMERAMLILARRusiya sülhməramlılar Dağlıq Qarabağda təmas xətti boyunca 22 post quraşdırıb. 

araz.az  Turkustan.info-ya istinadən xəbər verir ki, sülhməramlıların nəzarət edəcəyi ərazilərin sahəsi hesablanıb.

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində işğal altındakı 11,4 min kvadrat kilometr ərazinin 3 716 kvadrat kilometri döyüşlər zamanı, 5 174 kvadrat kilometr isə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli razılaşmasının bəndlərinə uyğun olaraq Ermənistan Ordusunun 1 dekbara qədər tam tərk edəcəyi ərazilərdir.

Beləliklə, Rusiya sülhməramlıları Dağlıq Qarabağın 3,1 min kvadrat kilometrlik hissəsində qərarlaşıb. Həmin əraziyə Xankəndi, Əsgəran, Xocalı, Ağdərə, Xocavənd kimi yaşayış məntəqələri daxildir.

Həmin bölgənin də yaxın illərdə vahid Azərbaycanın tərkibinə inteqrasiya olunması gözlənilir.

Rusiyalı sülhməramlıların nəzarət etdiyi kiçik ərazini çıxmaq şərtilə Azərbaycan işğal altındakı torplaqların 74,8%-ni işğaldan tam azad edib. 

araz.az

araz.az xəbər portalı.