“Silahlı qüvvələr vəzifələrini yerinə yetirdilər, məsələ siyasi rəhbərliyin əlində qaldı”.
Reyting.az xəbər verir ki, bunu Dağlıq Qarabağakı separatçı rejimin “müdafiə qüvvələrinin” keçmiş rəhbəri, general-leytenant Levon Mnatsakanyan deyib.
Döyüşdə məğlub olan general erməni əsgərlərinin döyüş meydanında qaçması və silahlı qüvvələrin vəzifələrini yerinə yetirməməsi iddialarını rədd edib: “Ordu vəzifəsini yerinə yetirdi, siyasi rəhbərliyin işini görməsi lazım idi”.
General-leytenant bildirib ki, müharibə hərbçilər deyil, siyasətçilər tərəfindən dayandırılır: “Hərbçilər işlərini görmüşdülər. Ordu qaçmadı, sıralarını doldurmalı olanlar qaçdı. Orduda heç kimin günahı yoxdur. İşləyin, analiz edin və başa düşün”.
Hərbi canilərdən sayılan general L. Mnatsakanyan deyib ki, Şuşa şəhərini necə itirdiklərini bilmir: “Mən döyüşlər zamanı bu istiqamətdə deyildim. Şuşada kimlər olubsa, bu suala cavabı həmin şəxslər verməlidir”.
Sonda cinayətkar əlavə edib ki, Şuşanın verilməsində məsul olan şəxslərdən məsələyə aydınlıq gətirmələrini hələ tələb etməyib.
Reyting.az
araz.az xəbər portalı.