1605934382 2

Ermənilərin Xocavənd rayonunun Tuğ kəndində istehsal etdiyi “Kataro” şərab zavodu da Azərbaycanın nəzarətinə keçib. Bundan sonra “Kataro” şərabları olmayacaq, orda şərab istehsalı davam etsə də Azərbaycan məhsulu olaraq bazarlara çıxarılacaq.
Teref.az yazır ki, bunu politoloq Qubad İbadoğlu deyir.
Daha sonra Qubad bəy yazır, şərab eyni adlı monastıra görə belə adlandırılıb. Guya ki, XVİİ əsrdə tikilən foto bölməsində yerləşdirilən, 2480 metr yüksəklikdə yeləşən monastır ermənilərə məxsus olub. Kaliforniya ermənisinə məxsus olan zavod 2010-cu ildən fəaliyyətə başlayıb, hər il 60000 şüşə şərab istehsal edib, erməni məhsulu ilə satışa çıxarırdı.
Ermənilər bu markanı əsasən Rusiya bazarı üçün istehsal edirdilər.

Ermənilərin şişirdilmiş qiymətləndirmələrinə görə, şərab zavodunun dəyəri 1 milyon dollar olub.
P.S. Ermənilər Qarabağda arxayın biznes qurub, 30 ildir bizim torpaqlarımızı, mədənlərimizi istismar edib, Ermənistanda istehsal edib adı ilə dünya bazarına çıxarıblar.
Hadrut və Füzuli tərəfdə əkinə yararlı torpaqlar hamısı şum altında olub, üzüm plantasiyaları salınıb, şərab zavodları açılıb, hətta hər il Şərab turu adlı turist səfərləri də təşkil olunub. Nə qədər oğurlayıblar, hamısını burunlarından gətirmək lazımdır.
Onları məhkəməyə verib, təzminat istəmək lazımdır.
Teref.az

araz.az xəbər portalı.