ABŞ-ın Vavatosa şəhərində (Viskonsin ştatı) ticarət mərkəzində atışma olub, bir neçə nəfər xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “ABC” telekanalına şəhər meri Dennis Makbrayd bildirib.
Onun sözlərinə görə, atəşi naməlum şəxs açıb. Cinayətkarı onlarla polis əməkdaşı axtarır. İlkin məlumata əsasən, zərərçəkənlərin həyatına təhlükə yoxdur.
Telekanalın məlumatına görə, azı 6 nəfər yaralanıb, onlar hamısı tibb müəssisələrinə çatdırılıb. Hazırda hadisə yerində 75-ə yaxın polis əməkdaşı işləyir.
araz.az xəbər portalı.