i erdogan imzaladi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qəbul etdiyi qanunu imzalayıb.

Turkustan.info xəbər verir ki, bu barədə “Resmi gazete” məlumat yayıb.

Məlumatda qeyd olunur: “Azərbaycan ordusu ərazi bütövlüyünün təmin edilməsi istiqamətində böyük uğur əldə edib. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyanata görə, Rusiya və Türkiyə arasında atəşkəsin monitorinq mərkəzinin yaradılması qərara alınıb. Türkiyə hər zaman Azəbaycanın yanında olub və bundan sonra da olmağa davam edəcək. Türkiyənin Azərbaycana verdiyi dəstək Azərbaycanın suverenliyinin qorunması üçün beynəlxalq hüquqa əsaslanır”.

Qeyd edək ki, layihə parlamentin dünən keçirilən iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.

Qanuna əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Azərbaycandakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

araz.az xəbər portalı.