Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib.
Bu barədə Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində məlumat verilib.
Birinci xanım Mehriban Əliyevanın paylaşdığı videoda Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlara keçdiklərini, istiqamətin Ağdam şəhəri olduğunu bildirib.
“Ağdam şəhərini və işğal altında olmuş rayonunun torpaqlarını bir güllə atmadan azad etdik. Düşməni döyüş meydanında məğlub edərək, məcbur etdik ki, Ağdam rayonundan çəkilsin”, – deyə Azərbaycan Prezidenti əlavə edib.
Prezident İlham Əliyev Ağdama gedən yolda düşmənin müdafiə xətlərini göstərərək deyib ki, Ağdam şəhərinə qədər düşmənin bir neçə müdafiə xətti olub.
[bt_youtube url=”https://www.youtube.com/embed/ncny-ffZa14″ width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
araz.az
araz.az xəbər portalı.