210474 5sdpcjjm2z 660x330

 
Bunu rus sülhməramlıların rəhbəri Rüstəm Muradov da bilməmiş deyil
 
Ermənistan baş naziri Nikol Paşinyan İrəvanda keçmiş qondarma rejimin başçısı Araik Arutyunyanla görüşüb. Görüşdə bir məqam diqqətdən qaçmayıb və yayılan fotolardan məlum olub ki, Arutyunyanın yanında qondarma qurumun “bayrağı”qoyulmayıb. Halbuki, Paşinyan və Arutyunyanın əvvəlki bütün görüşlərində əski parçası- Ermənistan bayrağı ilə yanaşı qoyulurdu. Tərəflər iki “ölkənin lider”i kimi görüş keçirirdi. Artıq yeni reallıq ortadadır. Azərbaycan belə bir qurumu ləğv etdi. Ermənistan baş naziri Paşinyan sözdə “Arstax prezidenti” səsləndirsə də, görünən odur ki, Yerevan özü də qondarma rejimi qəbul etmir. Məhz bez parçasının qoyulmaması bunun bariz nümunəsidir.
 
Baş nazir Rusiyanın qol qoyduğu razılaşmaya əməl etmək məcburiyyətindədir. Bununla ermənilərə mesaj verir ki, “Artsax” deyilən qondarma qurum yoxdur. Sadəcə, Arutyunyanla görüşündə infrastrukturun bərpası və digər məsələlər müzakirə edilib. Aparılan danışıqlardan da aydın görünür ki, Araik yolun sonuna gəldiyinin fərqindədir. Kəlbəcər və Laçın azad edildikdən sonra onun Xankəndində qalması heç nəyi dəyişməyəcək.
 
Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi, politoloq Asif Şəkərli “Şərq”ə deyib ki, Vətən müharibəsində Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinın qüdrəti, döyüş qabiliyyəti qarşısında duruş gətirə bilmədi. Onun sözlərinə görə, möhtəşəm qələbəmiz Ermənistanı hərbi və diplomatik müstəvidə acınacaqlı məğlubiyyətə uğratdı:
 
“Azərbaycanın əbədi, əzəli, tarixi torpaqlarında qondarma rejimin varlığından söhbət belə gedə bilməzdi. Ermənistan baş naziri Nikol Paşınyanla xunta rejiminin rəhbəri – Araik Arutyunyanla görüşdə “bayrağın” qoyulmaması qazandığımız tarixi qələbənin real mənzərəsi idi.
 
Əgər bu gün qondarma rejimdən söhbət getmirsə, tamamilə məhv olubsa, onun “bayrağından”, hansısa qondarma simvolundan danışmağa dəyməz. Arutyunyan jinayətkar və terrorçudur.
 
O, Azərbaycan tərəfindən axtarışa verilib. Yəqin ki, bunu rus sülhməramlıların rəhbəri Rüstəm Muradov da bilməmiş deyil. Artıq proseslər Azərbacjanın xeyrinə dəyişməkdədir”.

araz.az xəbər portalı.