bandicam 2020 11 25 16 42 55 223

Bir neçə gündür ki, Ermənistan mediasında  Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərmiş qondarma qurumun qondarma “prezident”i Araik Arutyunyanın Rusiyaya – Moskvaya yollandığı haqqında xəbərlər dolaşır.

Onun Moskvaya özünə dəstək axtarmaq  üçün getdiyi iddia olunur. Erməni mənbələri bunu Ermənistanın  baş naziri Nikol Paşinyanın  onu “vəzifə”dən uzaqlaşdırmaq fikrinə düşməsi, yerinə Samvel Babayanı təyin etmək niyyətində olması ilə əlaqələndirirlər. Ermənilər Samval Babayanın Paşinyanın arvadı  Anna Akopyanla müharibə dövründə yaranmış münasibətlərindən də yazırlar.

Araik Arutyunyanın Moskvaya gizli səfəri və onun məqsədləri haqqında ilk dəfə “Mediaport ” məlumat verib. Kanal bu gün iddianı təsdiqləyəcək foto-şəkil də yayımlayıb: şəklin Moskva Vnukova aeroportunun özəl (şəxsi) təyyarələrə xidmət göstərilən terminalında çəkildiyi deyilir. Əslində, şəkil təhlükəsizlik kameralarının qeydiyyatından çıxarış (skrin) olduğu ehtimalı böyükdür.bandicam 2020 11 25 16 40 18 587

Belə olan təqdirdə, şübhəsiz ki, bu görüntünü  Rusiyanın təhlükəsizlik orqanlarının razılığı olmadan əldə etmək mümkün olmazdı. Onda ortaya bir neçə sual  çıxır: Rusiya bu təsdiqləyici görüntü fonunda hansı mesajı vermək istəyir? Eləcə də, baş terrorist və sepatatçını Moskvaya kim və nə məqsədlə çağırıb?

İddiaya görə, Araik  noyabrın 25-ə kimi Moskvada qalmağı planlaşdırsa da, guya gizli səfəri faş olunduğundan daha əvvəl geri qayıdıb. Onun özəl “Cessna 525 Citation” təyyarəsindən istifadə etdiyi və bu xidmət üçün 25 000 avro ödəndiyi deyilir.

Qeyd: şəkildə olan 3 nəfərdən biri (ortada) Araik Arutyunyan, digərləri  qondarma qurumun (“dqr”-in)  Rusiyadakı “nümayəndə”si Albert Andryan və Kollektiv Təhlükəsizk Müqaviləsi Təşkilatının (?) qərargah rəisinin müavini Aykaz Baqmanyandır.

Ermənistanın rəsmi orqanları bu xəbəri şərh etməyib, hələ də münasibət bildirməyiblər.

Birbaşa Kremlin nəzarətində olan Rusiyanın informasiya resurslarının erməni seqmenti (“Sputnik-Armenia”)  Araik Arutyunyanın Moksvada olmasını və (adları açıqlanmayan) yüksək çinli məmurlarla görüşdüyünü təsdiqləyib. Bu görüşlərin detalları və müzakirə mövzuları haqqında məlumat verməyən resurs  Araik Arutyunyanın  geri qayıtdığını və hazırda İrəvanda olduğunu  qeyd edib.

araz.az xəbər portalı.