Atletico-m.jpg

Araz.az xəbər verir ki, mütəxəssis İspaniya mətbuatına açıqlamasında Azərbaycanla əməkdaşlığın “Atletiko”ya uğur gətirdinini bildirib: “Tərəfdaşlarımızla əməkdaşlıq həm bizə, həm də onlara çox şey qazandırıb.

Yəqin ki, əksəriyyət bir neçə il əvvəl formamızın üzərində “Land of fire Azerbaijan” yazılı reklamın yerləşdirildiyini hələ də xatırlayır. Azərbaycanla əməkdaşlıq uğurumuzda böyük rol oynadı. Bu əməkdaşlıq hər iki tərəf üçün faydalı oldu. Azərbaycanın dünyada tanınması artdı. Ora turist axını oldu ki, “Atletiko”nun bunda köməyi var. İndi sponsorumuz fərqlidir. Ancaq Azərbaycan tərəfi ilə hələ də yaxşı əlaqələrimiz var. Biz bunu yüksək qiymətləndiririk”.

Qeyd edək ki, “Atletiko” 2013-cü ilin əvvəlindən 2015-ci ilin iyunun 1-nə qədər oyunlara üzərində “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan), qısa bir dövrdə isə “Baku-2015” yazılı formalarla çıxıb. Həmin layihənin müəllifi, “Baghlan Group”un və “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov olub. Lakin H.Məmmədov ciddi maliyyə problemləriylə üzləşdiyi üçün “Atletiko” ilə uğurlu əməkdaşlığı dayandırmaq məcburiyyətində qalıb. (“Qafqazinfo”)

araz.az xəbər portalı.