Ukraynanın aparıcı KİV-ləri Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad olunmasına və Prezident İlham Əliyevin bununla bağlı xalqa müraciətinə dair xəbərləri geniş işıqlandırıb.
Turkustan.info xəbər verir ki, Ukrinform, UNİAN, “RBK-Ukrayna” informasiya agentlikləri, “Segodnya”, “Gordon”, “Dialog” və digər portalların yaydıqları informasiyalarda Azərbaycan Silahlı Qüvvələrinin ordu birləşmələrinin Kəlbəcər rayonuna daxil olması barədə məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.
Bundan başqa məqalələrdə Prezident İlham Əliyevin Kəlbəcər rayonunun işğalçılardan azad olunması ilə bağlı xalqa müraciətində Ermənistanın ünvanına səsləndirdiyi sərt fikirlər də işıqlandırılıb. /turkustan.info/
araz.az xəbər portalı.