bandicam 2020 11 26 20 33 12 191Rus sülhməramlıları Kəlbəcərin Azərbaycan hərbçilərinin nəzarəti altına keçməsini təmin ediblər.

araz.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Yayılan kadrlardan göründüyü kimi rus hərbçiləri Azərbaycan əsgərlərinə vəziyyətlə bağlı məlumat verir.

Qeyd edək ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri 25 noyabrdan Kəlbəcər ərazisinə daxil olublar.

Bu tarix əvvəl 15 noyabr müəyyən edilmişdi. Ancaq Ermənistan tərəfinin xahişi, Rusiya tərəfinin vasitəçiliyi ilə bu tarix 10 gün geriyə çəkilib. Beləliklə, 25 noyabr saat 00:00-dan Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil olub.   

araz.az xəbər portalı.