komendant saati

Sentyabrın 27-dən Azərbaycan Ordusu Ermənistanın bütün cəbhəboyu təxribatlarının qarşısının alınması məqsədi ilə əks-hücum əməliyyatına başlayıb. Hərbi vəziyyətlə əlaqədar sentyabrın 27-də saat 00:00-dan etibarən Bakı, Gəncə, Göygöl, Yevlax və bir sıra rayonlarda komendant saatı elan olunub. Qeyd edək ki, noyabrın 10-da Rusiya, Azərbaycan prezidentləri və Ermənistan Baş naziri arasında döyüşlərin dayandırılması ilə bağlı 3 tərəfli bəyanat imzalanıb. Hərbi əməliyyatlar dayandırılıbsa, Azərbaycanda tədbiq edilən komendant saatı nə zaman ləğv ediləcək?

Bununla bağlı  Konkret.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, qəbul olunmuş üçtərəfli bəyanata uyğun olaraq dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil veriləcək:

https://konkret.az/cloud/uploads/2020/07/SairRamaldanovpolkovnik-448×252.jpg 448w, https://konkret.az/cloud/uploads/2020/07/SairRamaldanovpolkovnik-768×432.jpg 768w” alt=”” width=”669″ height=”376″ style=”box-sizing: inherit; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: left; margin-right: 1.5em; clear: left;”>

“Bununla da Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq. Əlbəttə, biz zəfər qazanmışıq, torpaqlarımızı işğaldan azad etməyə nail olmuşuq. Üçtərəfli imzalanmış bəyanatda 9 bənd var. Bu bəndlərin bir hissəsində Azərbaycan torpaqlarının işğalçılardan azad edilmə cədvəli qurulmuşdu. Bu cədvələ uyğun olaraq ərazilərimizin işğalçıdan təmizlənməsi dekabrın 1-də yekunlaşır. Bəyanatda olan digər bəndlərdə yerinə yetirlməkdədir. Komendant saatının elan olunmasında məqsəd cəbhə bölgəsində və paytaxtda insanlarımızın təhlükəsizliyini qorumaqdır. Cənab Prezident komendant saatı ilə bağlı sərəncam vermişdi. O sərəncama uyğun olaraq da biz tələblərə əməl edirik. Qaldı ki, komendant saatının ləğv edilməsinə, işğaldan azad edilmiş bölgələrə yaxın ərazilərdə və Bakı şəhərində komendant saatına ehtiyac olmadığını gördükdə, təhlükəsizliyin tam təmin edildiyindən əmin olduqda ləğv olunacaq. Komendant saatının elan edilməsi və ləğvi sadə bir şey deyil. Bu qərarlar verilən zaman vəziyyətin qiymətləndirilməsi aparılır. Görülən tədbirlərin məqsədi bizim dinc sakinlərimizin təhlükəsizliyini tam təmin etməkdir. O təhlükəsizliyin tam təmin ediləcəyi şərait yarandıqda düşünürəm ki, cənab Prezident komendant saatının ləğv edilməsi ilə bağlı sərəncam imzalayacaq”.

araz.az xəbər portalı.