1606396260 268Məlum olduğu kimi Qırğızıstan Respublikasının vətəndaşı, Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinin Rezidenti Merim Beishekeyeva (Beyşekeyeva) ilə Azərbaycan vətəndaşı Bağırov Davud arasında uzun illərdir ki, Merim Beishekeyevanın (Beyşekeyevanın) azyaşlı qızı, 12 noyabr 2012-ci il tarixdə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində anadan olan, Amerika Birləşmiş Ştatlarının vətəndaşı olan Ceyla uğrunda 2015-ci ilin oktyabr ayından mübarizə gedir.

Hətta “Yeni Müsavat” qəzetinin 2017-ci ilin avqust-sentyabr aylarında çıxan buraxılışlarında 2017-2018-ci illərdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyinin prokurorluğunda Azərbaycan vətəndaşının adı hallanan uşaq oğurluğu cinayətinin istintaq olunduğu qeyd edilmişdir.

ceyla

Həm sənədlərdən, həm də məqalələrdən bəlli olur ki, cinayət işi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyində bank sektorunda çalışan Qırğızıstan vətəndaşı Merim Beishekeyevanın şikayəti əsasında başlanıb. Merim Beishekeyeva azyaşlı övladı Ceylanın oğurlanması haqda prokurorluğu şikayət verdikdən sonra müvafiq araşdırmalar başlanıb.

Merim Beishekeyeva şikayətində uşağın oğurlanmasında keçmiş həyat yoldaşı, Azərbaycan vətəndaşı Davud Bağırovun törətdiyini göstərib. Sonradan aydın olub ki, azyaşlı 03 oktyabr 2015-ci ildə Dubaydan Türkiyəyə, 07 oktyabr 2015-ci il tarixindən sonra Azərbaycan ərazisinə gətirilib. Həmin məqalələrdən məlum olur ki, Davud Bağırov Dubay prokurorluğunda başlanmış 84766/2017 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınan 2 şəxsdən biridir.

davud1

Azyaşlı Ceylanın oğurlanması cinayətində iştirak etmiş Qazaxıstan vətəndaşı Zarina Jeksenbayeva həmin müddətdə həbs olunmuşdur. Sonradan külli miqdarda onun üçün ödənilmiş məbləğlərə görə məhkəmə tərəfindən girov müqabilində Məhkəmə baş tutana qədər sərbəst buraxılmışdı. Azyaşlının anası Merim Beishekeyeva zərərçəkən qismində tanınmışdır. Bağırova Davud isə 2016-cı ilin dekabr ayından sonra hal-hazırki vaxta qədər bir dəfə də olsun Dubay Əmirliyinə gedə bilməmişdir.

Bu qalmaqallı iş üzrə Azərbaycanda da paralel olaraq məhkəmə müstəvisində bir neçə proseslərin keçirilməsi baş tutmuşdur. Müxtəlif məhkəmə instansiyalarında mülki qaydada aparılan işlərdə iddiaçı əsasən Merim Beishekeyevadır (Beyşekeyevadır). Onun nümayəndəsi isə Abdulla Əfəndizadədir. İddialar Dubayda oğurlanaraq Türkiyə üzərindən Azərbaycana qaçırılan Ceylanın anasına qaytarılması ilə bağlıdır. Onu da bir daha qeyd edək ki, Ceyla ABŞ vətəndaşıdır.

davud ceyla

2017-ci ildə M.Beishekeyevanı və onun nümayəndəsi Abdulla Əfəndizadəni Davud Bağırov xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. Xüsusi ittihamçı hesab etmişdi ki, hər iki şəxs onun barəsində mətbuatda həqiqəti əks etdirməyən məlumatlar yayıblar. Faktlar isə ortalıqdadır. Xüsusi ittihamda D.Bağırov yazır ki, azyaşlı Ceylanın Dubaydan oğurlanaraq Azərbaycana gətirilməsi həqiqət deyil. BƏƏ Baş Prokurorluğunda başlanmış cinayət işi isə onun bu fikirlərini təkzib edir.

Belə deyilsə, Bağırov Davud və Zarina Jeksenbayeva niyə təqsirləndirilən şəxs statusunda olublar? Niyə Davud Bağırovu 2017-ci ilin avqustun 24-də Dubay Prokurorluğuna təqsirləndirilən şəxs qismində dəvət ediblər? Niyə aylardır ki, Davud Bağırov Dubaya getmir? Ümumiyyətlə, Davud Bağırov Dubayda hansı bizneslə məşğul olub?

davud bacisi cemile

Bundan başqa, xüsusi ittihamçı Davud Bağırov Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin adından və orada çalışmış, bacısı olmuş Cəmilə Bağırovanın da adından çıxış etmişdi. Halbuki qanunvericilikdə komitənin xüsusi ittihamçı qismində çıxış etməsinə yol verilmir. Bundan əlavə, bir şəxsin digər şəxsin adından xüsusi ittihamçı olması da qanunaziddir. Amma Davud Bağırov komitə əməkdaşının adından da məhkəməyə təqdim etdiyi xüsusi ittihamla çıxış etmişdi. Sonradan həmin icraata Xətai Rayon Məhkəməsinin tərəfindən xitam verilmişdir. 

Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarının Azərbaycan Respublikasının ərazisində tanınmasına və məcburi icrasına yönəlməsinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin sədrliyi ilə iş №10(102)-80/2017 saylı 5 oktyabr 2017-ci il tarixli Qərardadını elan etməsinə, 1 noyabr 2017-ci il tarixdə İcra Vərəqəsinin verilməsinə, həmin İcra Vərəqəsinin 20 noyabr 2017-ci il tarixdən Bakı şəhər Səbail Rayon İcra və Probasiya Şöbənin icraatında olmasına baxmayaraq, qəsdən işin icrasını 6 (altı) ay uzadaraq Davud Bağırovun, onun bacısı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Uşaq Problemləri Şöbəsinin müdiri, Cəmilə Bağırovanın, onların havadarları tərəfindən qəsdən maneçilik törədilməklə icra olunmamışdır.

davud

Həmin İcra Vərəqəsində Davud Bağırov tərəfindən 2 noyabr 2012-ci il tarixdə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərindəki xəstəxanada anadan olan Amerika Birləşmiş Ştatlarının vətəndaşına dair əvvəlcə 16 noyabr 2012 il tarixdə doğum haqqında şəhadətnamə, 13 dekabr 2012-ci il tarixdə P USA seriyalı 488048595 nömrəli pasportunun sahibi azyaşlı Ceylanın anası Merim Beishekeyevaya qaytarılması, aliment və s. ödənişlərin tutulmasına dair Qərar verilmişdir. Həmin müddətdə respublikanın konustitusiya məhkəmənin sədiri olmuş Fəryad Abdullayev öz arvadının – Səbail r-n qeydiyyat şöbəsinin (keçmiş VVADQ) rəisi olmuş İradə İsgəndərovanın qısasını almış olmuşdu. Belə ki, İradə İsgəndərova gördüyü halda ki, azyaşlı Ceyla ABŞ vətəndaşıdır, həmçinin azyaşlı Ceylaya Nyu-York şəhərində 16 noyabr 2012-ci il tarixdə doğum haqqında şəhadətnamə verilmişdir, bununla belə qəsdən maddi maraq ucbatından 12 dekabr 2012-ci il tarixində 1479-cu nomrəsilə saxta doğum şəhadətnaməsi vermiş olmuşdu.

ceylanın anası

Merim Beishekeyeva (Beyşekeyeva) tərəfindən Səbail r-n qeydiyyat şöbəsinə, həmçinin 3-cü şəxslər: Bağırov Davuda, Bağırova Cəmiləyə qarşı “doğum qeydinin ləğv edilməsi, doğum şəhadətnaməsinin etibarsız sayılmasına və s.” İddia Ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edir.

Birinci İnstansiya məhkəməsi uzun müddət araşdırma aparır, lakin həm İradə İsgəndərovanın, həm də respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitənin təzyiqləri altında iddianı əsassız olaraq təmin etməmişdi. Həmçinin birinci instansiya məhkəmənin qərarından Bakı Apellyasiya Məhkəməsinə verilən Apellyasiya Şikayəti də əsassız olaraq təmin edilməmişdi. Apellyasiya instansiyasının qərarından verilən Kassasiya Şikayəti təmin olunaraq Apellyasiya instansiyasına qaytarılır.

Bir sözlə Ali Məhkəmə tərəfindən ümumilikdə hal-hazırki vaxta qədər 3 (üç) dəfə apellyasiya instansiya məhkəmənin qərarları ləğv edilərək geri qaytarılır. Əsas cavabdeh Səbail r-n qeydiyyat şöbəsi bir dəfə də olsun məhkəmədə iştirak etmir, Merim Beishekeyeva (Beyşekeyeva) tərəfindən verilən iddiaya qarşı nə rəsmi etirazını, nə də münasibət bildirmir.

Sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və X.A.Cəmilova tərkibdə) iş №2-1(103)-1199/2020 saylı 25 avqust 2020-ci il tarixli Qərarla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin Qərarı ləğv edilərək, Apellyasiya Şikayəti və iddia təmin edilmişdir.

Həmin qərardan da görünür ki, azyaşlı Ceyla ABŞ vətəndaşıdır, Səbail r-n qeydiyyat şöbəsi gördüyü halda ki, azyaşlı Ceylaya Nyu-York şəhərində 16 noyabr 2012-ci il tarixdə doğum haqqında şəhadətnamə verilib, 2-ci dəfə Azərbaycan ərazisində doğum şəhadətnaməsinin verilməsinə əsas olmayıb. Həmin Qərardan 3-cü şəxslərdən Bağırov Davud Ali Məhkəməyə şikayətini vermişdi. Qəribəsi odur ki, Ali Məhkəmənin hakimi İspəndiyar Şəfiyevin iddiaçının ünvanına məhkəmənin iclas vaxtı haqqında göndərmiş olduğu bildirişdə qoşmada Bağırov Davudun vermiş olduğu şikayətini təqdim etmiş olduğu barədə qeydlər olsa da, şikayətin əlavə olunmadığı bəlli olmuşdur.

davud cemile

Merim Beishekeyevanın (Beyşekeyevanın) nümayəndəsi Abdulla Əfəndizadə Ali Məhkəmənin hakimi İspəndiyar Şəfiyevin köməkçisi və katibi ilə dəfələrlə bu barədə danışmasına, onların da vəd verməsinə ki, Bağırov Davudun kassasiya şikayətini yeni məktubla ünvanına göndəriblər, öz təsdiqini tapmamışdı, bu məqalə çapa gedərkən belə ünvana kassasiya şikayətini göndərməmişdilər.

Konstitusiya məhkəməsi Merim Beishekeyevanın (Beyşekeyevanın) nümayəndəsi Abdulla Əfəndizadə tərəfindən 2020 ilin iyul ayının sonunda verdiyi Konstitusiya Şikayətinin icraata qəbul edilməsindən imtina etmiş olması da əsassızdır. Belə ki, “Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun tələblərini həm kobud şəkildə pozaraq bir ay ərzində icraata götürüb-götürməmə barədə qərardadı çıxarmalı olduğu halda, 3 (üç) ay 16 (on altı) gündən sonra 16 noyabr 2020-ci il tarixində (qəsdən Merim Beishekeyevanın (Beyşekeyevanın) ad günü ərəfəsində – 33 yaşı tamam olmasından bir gün əvvəl (17 noyabrda 33 yaşı tamam olub) qərardadı çıxarmışdı. Bəhanə bu idi ki, güya şikayət faktiki hallardan ibarət olub.

Əslində Konstitusiya Şikayətində həm forması, həm də məzmunu “Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun tələblərinə uyğun yazılmışdır. Ancaq Bağırov Davudun tərəfindən 2 dəfə – 13 noyabr 2017-ci il tarixində və 27 mart 2019-cu il tarixində konstitusiya məhkəməyə təqdim edilmiş şikayətlərdən açıq-aşkar bəlli olur ki, Bağırov Davudun tərəfindən verilmiş şikayətdə nə formasına, nə də məzmununa uyğun olmamışdır, məhz həmin şikayətlərdə Ali Məhkəmənin Qərarlarının faktiki hallarına toxunulmuşdur.

ferhad

Halbuki 2019 ilin may ayında işıq üzü görən məqaləmizdə respublikanın konustitusiya məhkəməsi tərəfindən Bağırov Davudun, ikinci dəfə – 27 mart 2019-cu il tarixində vermiş olduğu konustitusiya şikayətini “Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 37.0.6. maddəsinin tələblərini kobud surətdə pozmaqla icraata götürülmüş olması, bu azmış kimi “Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 25 və 46 maddələrini kobud surətdə pozmuş olaraq 2018-ci ildə məhkəmənin tərkibinə daxil olmuş eyni şəxslərin: məruzəçi-hakim olmuş İsmaylov Rövşənin, Sona Salmanovanın, Şəfyev Kamranın daxil olduqları, sadəcə “rəng qatmış olması üçün” Muradov Mahiri sədrlik etmiş şəxs kimi “qoşduğunu” qeyd etmişik. Yeri gəlmişkən hər iki şikayətdə Bağırov Davudun tərəfindən Ali Məhkəmənin 05 oktyabr 2017 il tarixdə (sədrlik edən hakim Əsəd Mirzəliyev) və 06 fevral 2019 il tarixdə (sədrlik edən hakim Ənvər Şadıyev) çıxardıqları Qərarlarının faktiki hallarına toxunmuşdu. Bu isə “Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 34.3. maddəsinə ziddir. Necə ki, bu Qanunun 34.2-ci maddəsində nəzərdə tutulmuş hallarda Ali Məhkəmə tərəfindən baxılmış işin faktiki hallarının yoxlanılmasına yol verilmir.

abdq

Yeri gəlmişkən Merim Beishekeyevanın (Beyşekeyevanın) nümayəndəsi Abdulla Əfəndizadə tərəfindən verilən Konstitusiya Şikayəti üzrə məruzəçi-hakim konstitusiya məhkəmənin hakimi Həsənova Südabə olub, sədrlik etmiş Qaracayev Ceyhun, digər hakimləri: Qvaladze Rafael və Nəcəfov İsa olmuşdular. Bunlar həmin hakimlərdilər ki, Merim Beishekeyevanın (Beyşekeyevanın) nümayəndəsi A.H.Əfəndizadə az-çox onlara etibar edirdi. Hətta Bağırov Davud ilk dəfə – yəni 13 noyabr 2017-ci il tarixində şikayətini Konstitusiya Məhkəməsinə vermiş olduqdan sonra onun şikayəti əsassız olaraq icraata götürülmüş olub, Konstitusiya Məhkəmənin plenumuna çıxarılmış olduqdan sonra Konstitusiya Məhkəmənin 25 iyul tarixi ilə çıxarılmış qərarında Həsənova Südabənin imzası, adı olmamışdır, baxmayaraq ki, o, plenumun iclasında iştirak etmişdir. Hətta bu haqda məqalələr də işıq üzü görmüşdürlər. Görünür Konstitusiya Məhkəmənin sədiri olmuş Fəryad Abdullayev qəsdən məruzəçi hakim kimi Həsənova Südabəni təyin etmiş, digər hakimləri də tərkibə qoşmuşdu, təzyiq də etmişdi ki, icraata götürülməsin. 

İndi isə Bağırov Davudun Merim Beishekeyevaya (Beyşekeyevaya) qarşı “valideynlik hüquqlarından məhrum edilmiş olmasına görə” qaldırmış olduğu iddia ərizəsinə görə faktlar diqqətə çatdırılır. Belə ki, bu iddia ərizəsini Bağırov Davud məhz ikinci dəfə 27 mart 2019-cu il tarixində konustitusiya məhkəməyə şikayətini vermiş olduqdan bir neçə gün sonra Sabunçu r-n məhkəməyə təqdim edilmişdi.

Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarının müdafiəçisi, hüquqşünas, “MillətinSəsi.İnfo” saytının baş redaktorunun hüquq məsələləri üzrə müavini və araşdırmaçı jurnalist Abdulla Əfəndizadənin qeydiyyatda olduğu Bakı ş-ri, Zabrat qəs., Babək küç. ev 74 m.2 ünvanını öz iddia ərizəsində qeyd etmiş olsa da, sonradan “74” rəqəmindəki “7” rəqəmini diyircəkli qələmlə “1” rəqəmi ilə əvəzləmiş olaraq evin nömrəsini “74” yox, “14” kimi göstərmişdi.

Yaxşı ki, ərazi aidiyyati üzrə poçt şöbəsinin poçtalyonu Merim Beishekeyevanın (Beyşekeyevanın) ad və soyadını yaxşı tanıdığından, dəfələrlə müxtəlif məhkəmə instansiyalarından onun adına Əfəndizadənin ünvanına göndərilən məktubları, bildirişləri gətirdiyinə əsasən bu dəfə Merim Beishekeyevanın (Beyşekeyevanın) ad və soyadının başqa ünvan göstərilsə də, səhv olduğunu zənn edib,

Abdulla Əfəndizadəyə zəng vurub məlumat verdiyindən, Abdulla Əfəndizadə Sabunçu rayon məhkəməsindən onun adına göndərilmiş zərfi onlara təqdim etməsini xahiş etmişdir. Bu səbəblərdən poçtalyon həmin məktubu Abdulla Əfəndizadənin ailə üzvünə təqdim etmişdir. Sabunçu r-n məhkəməsi (hakimi olmuş Əşir Səmədov) əsas sənədlər olmadan icraata götürmüş, konstitusiya məhkəməsi qapalı iclas keçirməyə dair qərardadı çıxarmış olduqdan sonra Sabunçu r-n məhkəməsi (hakimi olmuş Əşir Səmədov) də iclasın qapalı keçirilmiş olması haqda qərardadı çıxarmışdı.

Sonradan Bağırov Davudun qanunsuz yazmış olduğu səs yazısını ekspertizadan keçirilmiş olması üçün qərardadı çıxarmış olsa da, Merim Beishekeyevanın (Beyşekeyevanın) nümayəndəsi və vəkili İlham Rəhimovun məhkəməyə Bağırov Davudun proktoloji ekspertizadan keçirilməsi haqqında verdiyi Vəsatətinin təmin edilməmiş qalması barədə məhkəmə iclasında şifahi şəkildə bildirməsinə baxmayaraq, qanunauyğun olaraq qərardadda bu halı qeyd etməmişdi.

Sabunçu r-n məhkəməsi (hakimi olmuş Əşir Səmədov) 3 (üç) ekspertizanın – yəni Merim Beishekeyevanın (Beyşekeyevanın) səsinin, Bağırov Davudun narkomaniyadan və psixatriya ekspertizasından keçirilməsi barədə qərardadının icrasına da qəsdən nəzarət etməmişdir.

Belə ki, səs yazısının və Bağırov Davudun narkomaniyadan keçmə ekspertiza rəyləri artıq 2019-cu ilin dekabr ayına qədər məhkəməyə təqdim edilsələr də, psixatriya ekspertizası da 2019-cu ilin dekabr ayında keçirilməsinə baxmayaraq məhkəməyə təqdim edilməməsinə, Bağırov Davudun maraqları çərçivəsinə uyğun olaraq qəsdən – 10 aydan artıq müddətdə iş materiallarını və psixiatrik ekspertiza rəyini psixatriya xəstəxanasında saxlanmasına qəsdən, bilərəkdən “göz yummuşdu”.

Ən maraqlısı odur ki, demə 2020-ci ilin noyabr ayının əvvəlində psixatriya ekspertizanın Bağırov Davud haqqında vermiş olduğu rəy və iş materialları Sabunçu r-n məhkəməyə daxil olmuşdu, demə məhkəmə iclası da 27 noyabr 2020-ci il tarixə saat 15:00-a təyin olunmuşdu.

Sabunçu r-n məhkəməsi (hakimi olmuş Əşir Səmədov) qəsdən, bilərəkdən, Bağırov Davudun maraqlarından irəli gəlmiş səbəblərə görə məhkəmənin iclasının vaxtı barədə bildirişi qəsdən Merim Beishekeyevanın (Beyşekeyevanın) ünvanına göndərməmişdi. Belə bir iclasın keçirilmiş olacağından Abdulla Əfəndizadə təsadüf nəticəsində bu gün – yəni 26 noyabr 2020-ci il tarixdə xəbər tutmuşdur. Abdulla Əfəndizadə Merim Beishekeyevanın (Beyşekeyevanın) nümayəndəsi və vəkili İlham Rəhimova zəng vursa da ki, ona xəbərdarlıq etsin ki, sabah 27 noyabr 2020-ci il tarixində iclasdır, İlham Rəhimova zəng çatmamışdı. Bu da məhkəmələrin Bağırov Davuda tərəfkeşliklərinin növbəti bariz nümunəsidi. 

O ki, qaldı Bağırov Davudun Abdulla Əfəndizadəyə qarşı sonuncu xüsusi itiham qaydasında vermiş olduğu şikayətinə görə o da əsassızdır. Belə ki, Bağırov Davudun şikayətinə qarşı Abdulla Əfəndizadə tərəfindən 25 iyun 2019-cu il tarixdə verilən Etirazın surətinə diqqət yetirdikdə bütün hallar məlum olur.

Eyni zamanda “MillətinSəsi.info” saytının Sabunçu r-n məhkəmənin hakimi olmuş Mirheydər Zeynalova 24 iyun 2019-cu il tarixlə ünvanladığı, 25 iyun 2019-cu il tarixdə saat 10:16 da Sabunçu r-n məhkəmənin dəftərxanasından qeydiyyatdan keçən məktubundan məlum olur ki, Abdulla Əfəndizadə youtube və facebook sosial şəbəkələrdə etdiyi çıxışlarını “MillətinSəsi.info” saytının yerləşdiyi ünvanda – Bakı ş-ri, Yasamal r-nu, Mətbuat prospekti, 529 məhəllə, “Azərbaycan” Nəşriyyatı, 7-ci mərtəbədə baş vermişdir, “MillətinSəsi.İnfo” loqosu ilə həyata keçirmişdir.

Lakin bu hallara baxmayaraq Sabunçu r-n məhkəmənin hakimi olmuş Mirheydər Zeynalov Bağırov Davudun tərəfindən verilmiş xüsusi itiham qaydasında şikayətini 27 iyun 2019-cu il tarixində icraata götürülmüş olması barədə qərarı çıxarmışdı. Çünki digər tərəflərdən gəlmiş təzyiqlərə, göstərişlərə görə, həmçinin Bağırov Davuda nümayəndə və vəkili olmuş Quluyev Azərlə hələ Binəqədi r-n məhkəməsindən olmuş tanışlıqların ucbatlarından, daha sonra öz “marağı” baxımından Mirheydər Zeynalov belə qanunsuzluqlarda bulunmuşdu.

Abdulla Əfəndizadə hakimdən nə qədər israrla xahiş etsə də ki, Bağırov Davud məhkəmə iclasında iştirak etsin, ona sualları var, hakim Abdulla Əfəndizadənin vəsatətini təmin etsə də, Bağırov Davud məhkəmə iclasına gəlməmiş, hakim isə Bağırov Davudun bu hərəkətlərinə hüquqi qiymət, işin icraatına xitam verməmişdi.

Həmçinin Bağırov Davuda nümayəndə və vəkili olmuş Quliyev Azərin də məhkəmənin 03 iyul və 01 avqust 2019-ci il tarixlərinə təyin edilən iclaslarına gəlmədiyindən AR CPM 315.5. maddəsinə əsasən işin icraatına xitam verməmişdi. Sabunçu r-n məhkəmənin hakimi olmuş Mirheydər Zeynalov belə bir fikir bildirmişdi ki, xüsusi iddihamçı tərəf 2 dəfə ardıcıl gəlmədikdə işə xitam verilə bilər bəhanəsini önə çəkmiş olmuşdu.

Halbuki AR CPM 315.5. maddəsinin tələblərinə 2 dəfə ardıcıl gəlmədikdə yox, xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı zamanı üzrsüz səbəblərə görə təkrarən məhkəmə iclasına gəlmədikdə, məhkəmənin qərarı ilə cinayət işinin məhkəmədə xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilir.

Lakin Abdulla Əfəndizadə tərəfindən Bağırov Davuda qarşı Yasamal rayon məhkəməsinə verdiyi Xüsusi İttiham Qaydasında Şikayəti üzrə Yasamal r-n məhkəmədə tələb ediblər ki, “MillətinSəsi.İnfo” saytının hüququ ünvanı üzrə Şikayəti verməli olduğu üçün icraata götürməyəcəklərindən, Abdulla Əfəndizadə də rəsmi sənəd təqdim etmək üçün Şikayəti və ona əlavə edilən sənədləri geri götürmüşdü.

Çünki “MillətinSəsi.İnfo” saytının hüquqi ünvanı Beyləqan rayonunadır. Bağırov Davuda nümayəndə və vəkilliyi etmiş Qulyev Azar Abdulla Əfəndizadəyə təklif etdiyindən ki, Bağırov Davud şikayətini geri götürəcək, qoy o da (yəni Abdulla Əfəndizadə) daha şikayət verməsin, bu səbəblərdən Abdulla Əfəndizadə Beyləqan rayon məhkəməsinə Xüsusi İttiham Qaydasında Şikayəti verməmişdi. Məlum olduğu kimi, Beyləqan r-nu Bakı şəhərindən 270 km-dən artıq məsafədə yerləşir. Koronavirus pandemiyasına görə yollar bağlı olduğundan, avtobus işləmədiyindən ora gedib çıxmaq da mümkün olmurdu.

Sabunçu r-n məhkəmənin hakimi olmuş Mirheydər Zeynalov Abdulla Əfəndizadənin 25 iyun 2019-cu il tarixdə verdiyi Etirazı, 03 yanvar 2020-ci il tarixdə hazırladığı, 07 yanvar 2020-ci il tarixdə Sabunçu r-n məhkəmənin dəftərxanasından qeydiyyatdan keçirdiyi 11 iyun 2019 il tarixdən 21 avqust 2019-cu il tarixləri də daxil olmaqla keçirilmiş məhkəmənin iclasları protokollarına dair verdiyi Qeydləri də gizlətmişdi. Bununla əlaqədar nə Ədliyyə Nazirliyi, nə də Məhkəmə-Hüquq Şurası Mirheydər Zeynalov haqqında hələlik hələ ki, heç bir tədbir həyata keçirməmişdi. 

Çox qəribədir ki, məhkəmələr Bağırov Davud tərəfindən Merim Beishekeyevaya (Beyşekeyevaya), onun hüquqlarının müdafiəçisi, hüquqşünas və jurnalist Abdulla Əfəndizadəyə qarşı ağlına gələn tərzdə yazıb vermiş olduğu xüsusi ittiham qaydasında şikayətlərini heç bir əsas olmadan icraata götürmüşdülər.

Lakin Merim Beishekeyeva (Beyşekeyeva) tərəfindən Bağırov Davuda qarşı verdiyi Xüsusi İttiham Qaydasında Şikayət isə min cür bəhanə ilə gah Merim Beishekeyevanın (Beyşekeyevanın) atasının adı yazılmadığı, gah şikayətin tərtib olunduğu yeri göstərnədiyi, gah da iş yerini göstərmədiyi bəhanəsilə icraata götürməkdən imtina etmişdilər.

Bütün bu hallara əməl edildikdən sonra isə bəhanə gətirmişdilər ki, guya, Bağırov Davudun tərəfindən Merim Beishekeyevaya (Beyşekeyevaya) əxlaqsız, yüngül həyat tərzi keçirmiş, guya başqa kişi ilə onu tutmuş olduğu barədə dediklərində cinayət tərkibinin olmadığını bildirmiş olmaqla icraata götürmüş olmaqdan imtina etmişdilər.

Sonuncu belə qərardan – yəni Xətai r-n məhkəmənin (hakim Məmmədov B.Ş.-in) 12 sentyabr 2017-ci il tarixində çıxarılmış qərarından Bakı Apellyasiya Məhkəməsinə verilən Apellyasiya Şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin (sədrlik etmiş Səfərov Rizvan) iş №1(103)-1667/2017-ci saylı 22 noyabr 2017-ci il tarixində çıxarılmış qərarıyla şikayət təmin edilməmiş qalmışdı. Lakin belə bir qərarı çıxarmış olduğu haqqında apellyasiya instansiya məhkəmənin tərəfindən qəsdən nə Merim Beishekeyevaya (Beyşekeyevaya), nə də Abdulla Əfəndizadəyə məlumat verməmişdilər, bu azmış kimi heç ünvanlarına da çıxarılmış qərarı göndərməmişdilər.

Abdulla Əfəndizadə dəfələrlə Bakı Apellyasiya Məhkəməsinin hakimi olmuş Səfərov Rizvana ərizə ilə müraciət etməsinə baxmayaraq, Səfərov Rizvan hansı qərarı çıxarmış olduğu barədə şifahi də olsa məlumat verməmiş, həmçinin rəsmi şəkildə təqdim etməmişdi. Çünki 2017-ci ilin noyabr ayında keçirilmiş məhkəmə iclasında hakim olmuş Səfərov Rizvan Abdulla Əfəndizadəyə bildirmiş olmuşdu ki, o (yəni Abdulla Əfəndizadə) kollegiya üzvü olmadığı üçün onu prosesə buraxa bilməz.

2018 ilin mart ayında Merim Beishekeyeva (Beyşekeyeva) Azərbaycanda olarkən hakim olmuş Səfərov Rizvan adına ərizə yazmış, qərarı təqdim etməsini xahiş etsə də, yenə qanuna zidd olaraq qərarı ona təqdim etməmişdilər. Həmçinin “MillətinSəsi.İnfo” saytı tərəfindən AR Məhkəmə-hüquq şurasına bu haqqda müraciət edilsə də, qərarı təqdim etməmişdilər.

Nəhayət 2020 ilin avqust ayında Abdulla Əfəndizadə Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə rəsmi müraciət etdikdən sonra 10 sentyabr 2020 il tarixdə Abdulla Əfəndizadəyə rəsmi şəkildə poçt vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin (sədrlik etmiş Səfərov Rizvan) iş №1(103)-1667/2017-ci saylı 22 noyabr 2017-ci il tarixində çıxarılmış qərarı təqdim olunur. Çıxarılmış qərarı oxuyan Abdulla Əfəndizadə dəhşətə gəlir. Belə ki, məhkəmə prosesinə sədrlik etmiş Səfərov Rizvan məhkəmənin iclası vaxtı Abdulla Əfəndizadəni kollegiya üzvü olmadığı üçün prosesdən kənarlaşdırdığını bildirmiş olsa da, çıxarmış olduğu qərarında guya Abdulla Əfəndizadənin prosesdə iştirak etdiyini, çıxış etdiyini qeyd etmişdi.

Abdulla Əfəndizadə dərhal Kassasiya Şikayətinin verilməsini təşkil etməklə eyni zamanda üzrlü səbəblərdən ötürülmüş müddətin bərpası ilə əlaqədar VƏSATƏT də təqdim edir. Lakin 19 noyabr 2019-cu il tarixində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının sədiri olmuş Elmar Rəhimovun sədirliyi ilə üzrlü səbəblərdən ötürülmüş müddətin bərpası ilə əlaqədar VƏSATƏT heç bir əsas olmadan təmin edilməmişdi.

Çıxarılmış qərarı hələ ki, Abdulla Əfəndizadəyə təqdim etməmişdilər. Buradan da aydın şəkildə görünürdü ki, məhkəmələr yenə də Bağırov Davudun tərəfində durmuş olmuşdular. Təbii ki, bu işdə Bağırov Davuda bacısı olmuş, respublikanın Ailə, Qadın və Uşaq problemlər üzrə dövlət komitənin uşaq problemlər şöbəsinin müdiri olmuş Bağırova Cəmilənin də “rolu az” olmamışdı. 

Azərbaycan Respublikasının düşmən Ermənistan üzərində qələbə çalması hamıya məlumdur.

İnanırıq ki, düşmən üzərində qələbənin çalınmasında əvəzsiz rolu olan Respublikanın Prezidenti, Ali Baş Komandan İlham Əliyev, həmçinin ondan az zəhməti olmayan Respublikanın I vitse-prezidenti Mehriban xanım Əliyeva nəhayət bu işi ciddi nəzarətlərə götürüb, təqsirkar şəxslərin, hakimlərin, Bağırov Davudun, ona bacısı olmuş Bağırova Cəmilənin ciddi cəzalandırılmalarını həyata keçirəcəklər. 

Abdulla Əfəndizadənin Youtube və Facebook sosial şəbəkələrində video çıxışını izləyin.

[bt_youtube url=”https://www.youtube.com/embed/gwGDZFmbRqE” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

 

 

MillətinSəsi.info
Araşdırma qrupu

araz.az xəbər portalı.