DFE0D965 9FED 4985 AC85 6D07518ECF8D 600x330

Azərbaycanda bəzi siyasi partiyaların qeydiyyatı ləğv olunmalıdır”

Yeni yaradılan Böyük Dayaq Partiyasının Təşkilat Komitəsinin (TK) sədri Mirkazım Seyidov Azinforum.az-a geniş videomüsahibə verib.

M.Seyidov videomüsahibədə yeni yaradılan “Böyük Dayaq”ın gələcək fəaliyyət istiqamətlərindən və Azərbaycandakı siyasi partiyaların hazırki vəziyyətindən danışıb. O qeyd edib ki, “Böyük Dayaq” Azərbaycan siyasi platformasına yeni nəfəs gətirəcək, partiya üzvlərinin hər biri özündə liderlik keyfiyyətlərini birləşdirən funksioner kimi yetişdiriləcək, eyni zamanda, partiya təkcə siyasi qurum kimi deyil, həm də siyasi-ideoloji beyin mərkəzi kimi fəaliyyət göstərəcək.

M.Seyidov əlavə edib ki, Azərbaycanda bəzi partiyalar var ki, uzun illərdir fəaliyyət göstərməsinə və davamlı olaraq bütün seçkilərdə iştirak etməsinə baxmayaraq, indiyə qədər heç bir ciddi nəticə əldə edə bilməyiblər, həmçinin belə partiyaların ictimai rəyə təsiri də sıfırın altındadır. O bildirir ki, bir möhür, bir sədrdən ibarət olan bu tip partiyaların fəaliyyəti ciddi şəkildə təftiş olunmalı, on illər ərzində qanuverici orqana bir nəfər üzv sala bilməyən partiyaların fəaliyyəti araşdırılmalı və qeydiyyatı ləğv olunmalıdır.

Azinforum.az 2 hissədən ibarət olan həmin videomüsahibəni təqdim edir:

[bt_youtube url=”https://www.youtube.com/embed/jHnX0veCt1w” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube] [bt_youtube url=”https://www.youtube.com/embed/rQZk9pwgQbk” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.