modern.az bust54120 699

 

Rusiyanın “Dojd” telekanalı “Burada və indi” layihəsi çərçivəsində Ermənistanın işğalından azad edilmiş Azərbaycanın Füzuli şəhəri ilə bağlı reportaj yayımlayıb.

araz.az  xəbər verir ki, reportajda jurnalist Vladimir Romenski bildirir ki, ətrafda tutqun mənzərə hökm sürür: erməni hərbçilərinin atdığı hərbi sursatlar, hər yerdə dağıdılmış binalar, vurulmuş hərbi texnika…

Reportajda 1890-cı ildə tikilmiş Hacı Ələkbər məscidinin kadrları yer alıb. Hazırda bu məscidin yalnız bir divarı qalıb.

Ardınca qəbiristanlıq görüntüləri nümayiş etdirilib. Jurnalist buradakı məzarüstü abidələrin dağıdıldığını diqqətə çatdırıb.

Məşhur muğam ifaçısı Ağabala Abdullayevin büst şəklində qəbirdaşı yerdədir. Vandallar büstü dağıdıblar, məzardan uzaq aparıblar. “Onlar (ermənilər -red.) burada ölülərlə döyüşürdü”, – reportajın qəhrəmanlarından biri deyir. 

[bt_youtube url=”https://www.youtube.com/embed/WVg1PnW12To” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az

araz.az xəbər portalı.