2017-ci ilin son statistikasına görə, dünyada yaşı 60-ı keçmiş 962 milyon adam yaşayır.
İnterpress.az xəbər verir ki, BMT-nin İqtisadi və Sosial İşlər Departamentininin apardığı araşdırmalara görə, yaşlı nəsil nümayəndələri dünya əhalisi arasında 13 faiz təşkil edib.
Məlumatda deyilir ki, 1980-ci ildə yaşı 60-ı ötmüş əhalinin sayı 382 milyon idi. Bunun ötən illərlə müqayisədə iki dəfədən çox artdığı qeyd olunur. Yaşlı nəsil nümayəndələrinin dünyanın daha çox inkişaf etmiş ölkələrində yaşadığı bildirilir. Həmçinin, 2020-ci ildə hər 5 adamdan birinin 60-dan çox yaşı olacağı gözlənilir. Ötən ilin statistikasına görə, hər 8 adamdan biri yaşı 60-ı haqlamış ahıl olub.
2017-ci ilin statistik göstəricilərinə əsasən, ötən il yaşı 80-i haqlamış şəxslərin sayı 137 milyonu ötüb. Bu rəqəmin 2050-ci ildə 425 milyon olacağı istisna edilmir. Yaşlıların üçdə ikisi inkişaf etməkdə olan bölgələrdə yaşadığı qeyd olunur. Araşdırmada qeyd olunur ki, 2050-ci ilə qədər dünyada, təxminən, hər 10 yaşlı adamdan 8-nin inkişaf etməkdə olan ölkələrdə yaşacyacağı gözlənilir. 2050-ci ildə yaşlı nəslin Avropadakı əhalinin 35, Şimali Amerikadakı əhalinin 28, Asiyadakı əhalinin 24 və Afrikadakı əhalinin 9 faizini təşkil edəcəyi bildirilir.
Yaponiyada yaşı 90-ı keçmiş adamların sayı dodaq uçuqladır. Ötən ilin statistikasına görə, Yaponiyada, ümumilikdə, yaşı 90-ı haqlamış 2,6 milyon adam yaşayır. Yaponiyanın məşhur “Japan Times” dərgisinin yaydığı məlumata görə, Yaponiya dünyada ən çox yaşlı nəslin yaşadığı ölkədir. Həmçinin, dünya ölkələri arasında sürətli yaşlanma yaponlar arasında daha çox müşahidə olunur. BMT-nin İqtisadi və Sosial İşlər Departamentininin apardığı araşdırmalarda deyilir ki, ötən ilin statistikasına görə, Yaponiyada yaşlı nəsil ölkə əhalisinin 33.4 faizini təşkil edir.
Bu demoqrafiya Yaponiyadan sonra, İtaliyada 29.4 faizlə, Almaniyada isə 28 faizlə qeydə alınıb. (İnterpress.az)
araz.az xəbər portalı.