WhatsApp Image 2020 12 02 at 21.05.50 Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri Qüdsi Osmanovla, bu ölkənin Xarici İşlər və Avropaya İnteqrasiya naziri Aureliu Çokoy arasında dekabrın 2-də görüş olub. Rəsmilər bu görüşdə ikitərəfli münasibətlərlə bağlı gündəlikdə duran məsələləri müzakirə ediblər. Həmsöhbətlər Qarabağ bölgəsindəki son duruma dair fikir mübadiləsi də aparıblar.
Bundan başqa, həmsöhbətlər Kişinyov və Bakının diplomatik qurumlarının rəhbərləri arasında son telefon danışığı zamanı əldə olunan razılaşmaya əsasən, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında dialoqa və ticarət — iqtisadi əməkdaşlığın intensivləşdirilməsinə dair gələcəkdə ikitərəfli siyasi münasibətlərin dərinləşdirilməsi potensialını da müzakirə ediblər.
Bu görüş barəsində daha ətraflı məlumatı bu linklər vasitəsilə əldə edə bilərsiniz: 
https://mfa.gov.md/ro/content/intrevederea-ministrului-aureliu-ciocoi-cu-gudsi-osmanov-ambasadorul-republicii-azerbaidjan?fbclid=IwAR1CtqM-tRs472z3RJMmfZFnWq94WuhZvk5PMXtAQqToiPmkm1ZeLcXx5Sg 
 
 
 
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.