WhatsApp Image 2020 12 02 at 21.58.18

 
Qarabağın hər şəhərinin, hər  kəndinin özünəməxsus xalça ənənələri var. Tarixən burada istehsal olunan xalçalar bütün dünyada əks-səda doğurub. Bu diyarın istedadlı sənətkarları əsrarəngiz xalçalar toxuyaraq, ilmələrdə öz dünyagörüşünü, həyat fəlsəfəsini, bədii zövqünü əks etdirib. Bunu nəzərə alaraq, ikinci Qarabağ müharibəsi günlərində Azərbaycan Milli Xalça Muzeyi “Qarabağ Xalça Xəritəsi”ni hazırlayıb və izləyicilərinə təqdim edib.
Bu barədə Milli Xalça Muzeyindən araz.az-a daxil olan məlumatda qeyd edilir ki, bu xəritədə hər bir şəhərə, rayona aid xalça nümunələri ağ-qara rənglərdə təsvir olunub. Müqəddəs torpaqlarımız işğaldan azad olunduqca, “Qarabağ Xalça Xəritəsi” də al-əlvan rənglərə boyanıb. 
Nəhayət ki, səbirsizliklə gözlədiyimiz gün gəlib çatdı. “Qarabağ Xalça Xəritəsi”, tam rənglənmiş şəkildə cəmiyyətə təqdim edildi. Artıq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Milli Ordumuzun qüdrəti sayəsində, illərdi Qarabağ həsrəti çəkən insanlarımız öz doğma yurdlarına qayıdacaqlar. Qız-gəlinlərimiz yenidən Azərbaycan xalqının ruhunu, hisslərini özündə əks etdirən əsrarəngiz, tayı-bərabəri olmayan biri-birindən nəfis xalçaları Qarabağda toxuyacaqlar.
 
 
araz.az xəbər portalı.
                                                                ***
 
После нашей славной победы в Отечественной Войне —
«Ковровая Карта Карабаха»
Карабахские города и села имеют оригинальные ковровые традиции. Производимые здесь ковры издавна вызывали резонанс во всем мире. Талантливые мастера этого края ткали несравненные ковры, олицетворяющие собой их мировоззрение, философию жизни, художественный вкус.
В связи с этим во время Второй Карабахской войны Азербайджанский национальный музей ковра подготовил и представил своим посетителям «Ковровую Карту Карабаха». Образцы ковров, принадлежащие каждому городу и региону, были изображены там в черно-белом варианте, а по мере освобождения наших священных земель от оккупации соответствующие фрагменты «Ковровой Карты Карабаха» раскрашивались в яркие цвета.
И вот наступил долгожданный день. Мы наконец-то представляем вам «Ковровую Карту Карабаха» полностью в цвете! Благодаря руководству Верховного Главнокомандующего Ильхама Алиева и силе нашей храброй армии наш народ, долгие годы тоскующий по Карабаху, вернется на Родину. И снова наши невесты будут ткать в Карабахе дивные, уникальные ковры, отражающие дух и чувства азербайджанского народа.
 
 
Новостной портал araz.az

araz.az xəbər portalı.