Azərbaycanda COVID-19 səbəbilə tətbiq olunan xüsusi karantin rejiminə uyğun olaraq toy məclislərinin təşkilinə qoyulan qadağa pozulur.
araz.az Turkustan.info–ya istinadən xəbər verir ki, son günlər Bakının məşhur şadlıq saraylarında bir neçə toy məclisi baş tutub.
Bununla bağlı sosial şəbəkələrdə görüntülər də yayılmaqdadır.
Xəbərə görə, bu görüntülər yayıldıqdan sonra hüquq-mühafizə orqanları məsələni araşdırıb və bir neçə nəfər həbs olunub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, məsələ nazirliyin diqqətindədir və bununla bağlı ictimaiyyətə açıqlama veriləcək.
araz.az
araz.az xəbər portalı.