Spikerin bu xitabı qəsdən söylədiyi, bununla da Azərbaycan türkcəsində üzündən oxumaqda çətinlik çəkən Rasi-zadəyə rusca xitab etməsinin düşünülmüş və mənalı mesaj kimi dəyərləndirənlər də az deyil.
Baş nazir Artur Rasi-zadənin Milli Məclisdə hesabat verən zaman Azərbaycan dilində danışa bilməməsi növbəti dəfə sosial şəbəkələrin trendinə çevrilib. Birmənalı şəkildə tənqid obyektinə çevrilən bu çixişdan sonra sosial şəbəkə istifadəçiləri 83 yaşlı Baş nazirin istefa verməsini tələb edir.
Rasi-zadənin yayılan son çıxışında diqqətçəkən məqamlardan biri də, çıxışın sonunda spiker Oqtay Əsədovun ona xitabən “ çox sağ olunun Artur Tahiroviç ” deməsi olub.
Məlumat üçün bildiririk ki, qanunvericiliyə uyğun olaraq Azərbaycan ərazisində rəsmi dövlət dili Azərbaycan dilidir. Spikerin Baş nazirə xitabında yer alan “Tahiroviç” vurğusu isə Rusiya Federasiyasınında keçərli olan müraciət növüdür. Milli Məclis Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı, Nazirlər Kabineti isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə yaradılan, öz fəaliyyətində birbaşa Prezidentə tabe və onun qarşısında cavabdeh olan, iş qaydası Prezident tərəfindən müəyyənləşən yuxarı icra orqanıdır.
Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, ölkənin ən yüksən dövlət orqanlarından olan qurumların rəhbərlərinin bir-birinə müraciətdə Azərbaycan dilinin normalarına riayət etmələri ən yaxşı halda Azərbaycanın dövlət atributu olan Azərbaycan Dilinə, Azərbaycan Respublikasının suverenliyinə hörmətsizlikdir.
24saat.org saytının əldə etdiyi məlumata görə, Oqtay Əsədovun Artur Rasi-zadəyə “ Tahiroviç ” xitabı hakimiyyət kluarlarında da ciddi müzakirələrə səbəb olub. Hətta spikerin bu xitabı qəsdən söylədiyi, bununla da Azərbaycan türkcəsində üzündən oxumaqda çətinlik çəkən Rasi-zadəyə rusca xitab etməsinin düşünülmüş və mənalı mesaj kimi dəyərləndirənlər də az deyil.
Xatırladaq ki, Artur Rasi-zadə qısa aralıqlarla 1996-ci ildən etibarən 22 ildir ki, Azərbaycan respublikasının Baş Naziri kimi fəaliyyət göstərir. (24saat.org)
araz.az xəbər portalı.