1607058007 1

Əsgərlərimiz Tex kəndinə daxil olaraq, ermənilərə buranın Azərbaycana məxsus olduğunu deyiblər.

AZSABAH.COM xəbər verir ki, icma rəhbəri Narses Şadunts deyir ki, təxminən 10 Azərbaycan hərbçisi kəndə gəlib:

“Əllərində xəritə var idi və ərazini çəkirdilər. Bildirdilər ki, bu ərazi Azərbaycana məxsusdur. Bələdiyyə sədri onlarla Azərbaycan dilində danışırdı. İzah etdi ki, bu bizim sərhədimizdir. Azərbaycanlılar çox sakit söhbət edirdilər, sonra mövqelərinə qayıtdılar, lakin dəqiqləşdirmələrdən sonra yenidən qayıdacaqlarını bildirdilər. Məsələ burasındadır ki, bizim hökumətimiz bununla bağlı heç bir rəsmi açıqlama vermir”.

Onun dediyinə görə, Azərbaycan əsgərləri Laçınla sərhəddə yerləşən Aravus kəndinə də gedib, bələdiyyə başçısı Arqam Hovsepyanla danışaraq, bu kəndin Azərbaycana məxsus olduğunu bildiriblər.

A.Hovsepyan deyir ki, Aravus kəndi Laçın rayonu ilə sərhəddə yerləşir və buna görə anlaşılmazlıq yaranıb.

Məsələ ondadır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edəndən sonra dövlət sərhədini bir çox istiqamətdə irəli çəkib. Məqsəd torpaqlar nə vaxtsa qayldarsa, həmin ərazilərin Ermənistanda qalmasıdır. Söyüdlü (Zod) qızıl yatağı ilə bağlı olanlar bunun sübutudur.

Azərbaycan ordusu Ermənistanın qanunsuz qurduğu keçid məntəqəsini dağıdaraq, ermənilərə yataqdan çıxmalarını bildirdi. Ardınca Rusiyanın vasitəçiliyi ilə sərhədin demarkasiyası üzərində müzakirələr başlandı. Söyüdlü yatağının 75 faizi Azərbaycana məxsusdur.

Azərbaycan əsgərinin getdiyi Tex kəndi Zəngəzur mahalında yerləşir, tarixi adı Dığdır.

Əsgərimizin o torpaqlara getməsi təsadüfi deyil…

araz.az xəbər portalı.