“2783 şəhidimiz var. Qürurumuz, fəxrimiz, namusumuz, bu günümüz və sabahımız. Şəhidim, ruhun şad olsun! Atam, qardaşım, oğlum – məkanın cənnət olsun! Bütün Azərbaycanın qəlbində döyünür sizin ürəyiniz. 2783 İgid! Qalib savaşçı! Sizə can borcumuz var”.
araz.az-ın xəbərinə görə, bunu Türkiyədə həbsdə olan “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov deyib.
“Siz Vətən qarşısında borcunuzu yerinə yetirdiniz. Biz rahat yaşayaq deyə, torpağlarımız, namusumuz düşmən tapdağı altında qalmasın deyə siz ŞƏHİD oldunuz. Siz Vətən üçün yaşayıb, ŞƏHİD oldunuz. Amma bilin, siz torpağın altında deyil, qəlblərimizdəsiniz. Cənnətdəsiz, məkanınız cənnətdir. Haqqını halal et, ŞƏHİDİM! Vətən sağ olsun!” – M.Mənsimov əlavə edib.
araz.az
araz.az xəbər portalı.