ermeni diga

“Azərbaycan hərbçiləri çox rahat şəkildə Stepanakertdə (Xankəndi) dolaşırlar”.

araz.az  Azsiyasət.com-a istinadən xəbər verir ki, bu sözləri “Enaket” analitik mərkəzin rəhbəri, separatçı rejimin tanınmış simalarından olan Tiqran Abrahamyan sosial şəbəkədə yazıb.

O qeyd edib ki, Azərbaycan hərbçiləri Xankəndidə mağazalarda rahat şəkildə ticarət edirlər. “Doğrudur, bu Rusiya sülhməramlılarının müşayiəti altında baş verir. Amma mahiyyət dəyişmir”, – deyə o əlavə edib.

Daha sonra Tiqran Abrahamyan Ermənistan Baş naziri Nikol Paşinyanı itiham edib.

Nikol Paşinyan, heç olmasa azacıq da olsa vicdanın varmı? İmzaladığın sənədin nəticəsində Azərbaycanlı əsgərləri bizi Xankəndində ələ salırlar. Nikol, sən şərəf və ləqayətin nə olduğunu bilmirsən”, – deyə o vurğulayıb.

araz.az

araz.az xəbər portalı.