es n55345kerİşğalçı Ermənistanla apardığımız 44 günlük Vətən Müharibəsində üçtərəfli bəyanatla atəşkəs razılaşması imzalandı… Rəşadətli Azərbaycan Ordusu bu müddətdə imkansız olanı etdi. İllərdir düşmən tapdağı altında qalan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir sıra kəndlərini işğaldan azad etdi.

Vətən Müharibəsindəki qalibiyyət Azərbaycan oğullarının qanı bahasına başa gəldi. Bu şərəfli mücadilədə qanı torpağa qarışan minlərlə şəhid və qazilərimiz var…

2783 şəhid.., 100 nəfərdən artıq itkin.., 1245 nəfər yaralı…

Ancaq mübarizə hələ bitməyib… Qarşıda bizi Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran gözləyir…

Heç şübhəsiz, Azərbaycan dövlətinin aparacağı uğurlu diplomatiya siyasəti bayrağımızın Xankəndində də dalğalanması ilə nəticələnəcək…

Bu müharibə heç zaman unudulmayacaq hadisələrlə yadda qaldı, Azərbaycan əsgəri dastan yazdı, ölkə ictimaiyyəti vahid yumruq tək birlik nümayiş etdirdi… Şəhid ailələri canını Vətən yolunda qurban verən oğulların itkisinə yanıb-yaxılsa da, “Təki Vətən sağ olsun!” dedi…

O oğulları böyüdən analar övladları Vətən uğrunda şəhid olduğuna görə qürur hissi keçirdiklərini, fəxr etdiklərini söylədilər…

Biz bu müharibə dövründə hətta iki oğlunu itirən ananı belə, ah-vay eləyən görmədik… Hamısı başını dik tutmuşdi… Övladı, həyat yoldaşı Vətən uğrunda döyüşlərdə həlak olmuş qadınlar gördük ki, tabutu çiyinlərinə alıb, şərəflə daşıdılar…

Vətən Müharibəsindən geriyə qalan həm də şəkillər oldu… Danışan şəkillər…

Modern.az saytı Vətən Müharibəsinin bəzi danışan şəkillərini bir daha diqqətinizə təqdim edir…


Günlərdir xəbərini gözlədiyi ŞƏHİD oğlunu qarşılayan ATA…


Vətən Müharıbəsində oğlu Cavidin tabutunu daşıyan Səkinə ana…


Gəncənin bombalanmasından sonra dağıntılar altındakı evindən sağlam qalan əşyaları çıxarmağa çalışan özü kiçik, amma dağ boyda ürəyi olan uşaq…


Azərbaycanın Milli Qəhrəmanı, doğulduğu Qubadlı rayonunda şəhid olan polkovnik Şükür Həmidov…


Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şəhid olan Röyal Cəfərovun həyat yoldaşı Firuzə Cəfərova: “Bu mənim son borcum idi”.


Kəlbəcər… Məğrur Azərbaycan əsgəri rusiyalı sülhməramlılarla dövlət sərhəddinin keçdiyi ərazidə danışıq aparır…


Şəhidlər ölməz, Vətən bölünməz…


Üzündən yaralanmış polkovnik… Əsgərlərini meydanda qoyub geri – tibb məntəqəsinə qayıtmayan cəsur zabit…


Şuşa… Əsgərimiz qalibiyyətini erməni hərbi cani Vazgen Sarkisyana qoyulmuş abidənini üzərində qeyd edir…


Şuşa qalasında ölməz Şəhidlərimizin xatirəsinə qəhrəman Əsgərlərimizin sayğı duruşu!


Qardaşı Elton Qəmbərli və həyat yoldaşı Adil İbrahimlini şəhid verən Nargül İbrahimli…


Arazın o tayından bu tayındakı müharibəni həyəcanla izləyən güneyli soydaşlarımız…


Qalib əsgər… Şuşa qalasında selfi…


Bir ayağını itirmiş qazi şəhidləri anır…


Zəfər zabitləri… Hərbi birlik komandiri general-mayor Mayis Bərxudarov və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun polkovniki, xüsusi təyinatlıların komandiri Tehran Mənsimov…

Ermənistan hərbçilərinin boş qalmış dəbilqələri… “France-Presse” agentliyinin (AFP) Dağlıq Qarabağ barədə reportajında istifadə olunmuş şəkil…

araz.az xəbər portalı.