tank

Azərbaycan Qarabağda 44 günlük müharibənin gedişində məhv edilmiş düşmən texnikasının uzun siyahısını açıqlayıb. Xəbər verildiyi kimi bu texnikanın ümumi dəyəri bəzi hesablamalara görə 4.8 milyard dollardır, ən aşağı qiymətlərlə hesablayanda isə Ermənistan ordusunun məhv edilən texnikasının dəyəri 3 milyard dollardan aşağı deyil.

araz.az  Virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazıb.

Nəşr yazır ki, Azərbaycanın açıqladığı həmin siyahı Rusiya silahlarının ixracı imkanlarını kardinal şəkildə dəyişəcək. Azərbaycanın məlumatına görə təkcə tanklar üzrə ermənilərin ümumi itkiləri 350 ədəddən çoxdur. Təxminən bu qədər tank sovet qoşunları Proxorovka ətrafında gedən döyüşlərdə itirmişdi və ya Suriya qoşunlarının 1973-cü ildə Qolan təpələri uğrunda İsraillə müharibə zamanı tank itkiləri bundan az idi. Lakin Qarabağda üz-üzə tank döyüşləri olmayıb. Və Rusiya zirehli texnikasının demək olar ki, hamısı uzaq məsafədən vurulub. İndi Rusiya silah ixracatçıları izah etməlidir ki, nəyə görə cəmi ay yarım ərzində dəyəri 3 milyard dollardan çox olan texnika məhv edilib. Hansı ki, müasir müharibədə bu texnika faktiki olaraq müdafiəsiz qalıb”.

Xatırladılır ki, prezident İlham Əliyev xalqa müraciətində, müharibənin başa çatmasından sonra Qarabağda məhv edilən rus texnikasının uzun siyahısını açıqlayıb. Bunların arasında yüzlərlə tankdan başqa S-300 zenit-raket kompleksləri, “Tor” zenit-raket kompleksləri, “Repellent” radioelektron mübarizə vasitələri, “Nebo-M” radioelektron mübarizə qurğusu, çoxsaylı “Osa” zenit-raket kompleksləri və digər texnika var.

“Bu silahların arasında hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini xüsusi qeyd etmək lazımdır. Hansı ki, onlar öz funksiyalarını yerinə yetirməyibər və özləri hədəfə çevriliblər”, – məqalədə qeyd edilib.

araz.az

araz.az xəbər portalı.