CYMERA 20201206 181900 1536x804

Əxlaqsızlıq yuvasının “krışası” – “Dahi” jurnalist” kimdir?

Bir neçə gün bundan öncə Analoq.az-ın email adresinə Şabran-Xaçmaz yolunda yerləşən “Gündüzün kafesi” kimi tanınan iaşə obyektinin videogörüntüsü daxil olub.

Videonu izləyərkən açıq şəkildə görünür ki, kafedə rahat şəkildə qadın alveri (insan alveri) gedir. Müştəriyə yaxınlaşan qadın qiymətini daha sonra isə “xidmətlərini” təklif edir.

Həmkarımız-Aztimes.az saytının baş redaktoru Pərvin Abışova adıçəkilən obyektin sahibinə zəng edib-münasibət öyrənmək istəyərkən, gözləmədiyi sürprizlə qarşılaşıb. Belə ki kafe sahibi olan Gündüz adlı şəxs Pərvin Abışovayla danışandan sonra dəstəyi digər bir şəxsə verir.Özünü “Dahi” qəzəetinin baş redaktoru kimi təqdim edən İbrahim adlı şəxs həmkarımızı reketçilkdə ittiham etməkdən də çəkinməyib.

Əxlaqsızlıq yuvasına öz aləmində “krışalıq” edən dırnaqarası jurnalist oranın hansı məqsədlə çalışdığını və oradakı qadınların hansı yolda olduqlarına görəsən niyə göz yumur?

Qəzetin adını ümummilli liderimiz Heydər Əliyevin xalq tərəfindən verilən adından götürən bu işbaz j”urnalist” çox güman heç kimə lazım olmayan vəsiqəsi ilə obyekt sahibi və digərlərini “jurnalist” olmağı ilə inandırıb və onlardan da nə isə qoparır…

Özünü “baş redaktor” adlandıran İbrahim adlı şəxsə bildirmək istəyirik ki, jurnalistikanın əsasında bunlar dayanmır və o bu davranışı ilə nəinki KİV haqqında qanunları pozur, o cümlədən bəlli insan alverinə ortaqlıq da edir! Yəni özü müdafiə etdiyi əxlaqsızlıq yuvasının olduğunu bilə-bilə oranı müdafiə edir, ən böyük qanun pozuntusuna göz görə-görə yol verir.

Həmin “baş redaktora” bildirmək istəyirik ki, hərbi vəziyyətdə və ağır pandemiya dövründə xəstəlik məhz bu cür iaşə obyektlərindən yayılır.

Görəsən bu “baş redaktor” 44 gün davam edən Vətən müharibəsində öz “qəzetində” şücaət göstərən igid əsgər və zabitlərimizdəən, şəhid olan dağ biləkli oğullarımızdan yarım səhifə yazı hazırladımı? Yaşadığı rayonda olan bir şəhid ailəsinin qapısını döyüb, bu fahişəxanaya can yandırdığı qədər onlara can yandırmağa səy göstərdimi?

Hər halda bu sualların cavabını dırnaqarası baş redaktor gözəl bilir. Əminik ki, bu suallara veriləsi cavabı da yoxdur.

Analoq.az olaraq Mətbuat Şurası və digər aidiyyatı qurumlardan “Dahi” qəzetinin fəaliyyətini araşdırmağı xahiş edirik.

Adıçıkilən kafe barədə də hüquq-mühafizə orqanlarının ölçü götürəcəyinə əminik.
Mövzunu diqqətdə saxlayıb, qarşı tərəfin də fikirlərini və cavab haqqını dərc etməyə hazırıq.

Analoq.az saytının redaksiya heyəti.

[bt_youtube url=”https://www.youtube.com/embed/qHwl2twJ9L4″ width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.