“İşğal nəticəsində Azərbaycana milyardlarla dollar həcmində zərər vurmuş Ermənistan təzminat olaraq, ərazi güzəştinə getməlidir”.
araz.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Ermənistan təzminat müqabilində ilkin olaraq, Qafan aeroportunu Azərbaycana verməlidir. Ölkəmiz də bunu tələb etməlidir. Sərhədlərin delimitasiya və demarkasiyasında Qafanda yerləşən bu aeroportun bir hissəsi Azərbaycan ərazisinə düşür. Hesab edirəm ki, Azərbaycan bu aeroportdan Yaxın Şərq ölkələrinə uçuşlar həyata keçirmək və beynəlxalq tranzit kimi istifadə edə bilər”, – ekspert bildirib.
araz.az
araz.az xəbər portalı.