photo 116212

“Rusiya keçmiş Sovet respublikaları ərazisində öz mövcudluğunu daim sübut etmiş bir ölkədir. İşğaldan azad olunan ərazilərə nəzarət zamanı da Rusiya amili nəzərə alındı. Rusiyanın Qarabağdakı erməni toplumuna qarşı nümayiş etdirdiyi münasibət bizim üçün də müsbət qarşılanmır. Lakin Azərbaycan həmin ərazilərdə öz mövcudluğunu bildirmək üçün kifayət qədər ciddi sənədlər imzalayıb”.

Bu sözləri Redaktor.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. O bildirib ki, Azərbaycan mərhələli şəkildə bütün potensialı ilə Qarabağ ərazisində öz mövcudluğunu reallaşdıracaq:

“Bununla da hər hansı bir problem olmayacaq. Ola bilər ki, insanlar Xankəndində Azərbaycan ordusunun mövcudluğuna şüphəli yanaşsınlar. Lakin narahatlığa heç bir əsas yoxdur. Azərbaycan dövləti, dövlət qurumları Qarabağda fəaliyyət göstərəcək. Çünki artıq orada status məsələsi də yoxdur. Hər hansı bir erməni müqəddəratına qulluq edən qurum da yoxdur. Bunların hər biri bizə onu deməyə əsas verir ki, Azərbaycan burada öz ərazi bütövlüyünü tam olaraq qəbul etdirəcək, yaranmış problemlər də sonlanacaq”.

Şəfəq Samed / Redaktor.az

araz.az xəbər portalı.