1607537106 1

Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin sərəncamı ilə təltif edilənlər sırasında Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan və ev dustaqlığına buraxılan Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Vəli oğlu Nağıyevin də olması bir sıra müzakirələrə səbəb olub.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Əfqan Nağıyev Vətən Müharibəsi başlayandan sonra ölkə rəhbərliyinə müraciət edərək döyüşlərdə iştirak etmək istədiyini bildirib və yüksək döyüş bacarığından və ərazini tanımasından istifadə edilməsini təklif edib.

DSX-nin rəis müavini Əfqan Nağıyevin bu təklifi müsbət qarşılanıb və o, döyüşlərə qatılıb.

Əfqan Nağıyevin xüsusilə də Zəngilan rayonunun işğaldan azad edilməsində müstəsna xidmətlərinin olduğu bildirilir.

araz.az xəbər portalı.