raket-esed.jpg

Türkiyənin Hatay bölgəsinin Yayladağı mahalında yerləşən Hammut təpə sərhəd-nəzarət məntəqəsinin yaxınlığındakı boş əraziyə raket zərbəsi endirilib.

Axar.az xəbər verir ki, raket zərbəsinin Bəşər Əsəd rejiminin nəzarətində olan bölgədən atıldığı müəyyən edilib.

Məlumata görə, raket zərbəsi nəticəsində bir türk əsgəri yüngül xəsarət alıb. Aparılan araşdırmalarla əraziyə düşən raketin rejimin Şərqi Quta ilə Hələbdəki döyüşlərdə tez-tez istifadə etdiyi raketlərdən olduğu müəyyən edilib.

Türkiyəli Müdafiə Sənayesi eksperti Turan Oğuzun sözlərinə görə, rus mənşəli olan bu raketlər yalnız rejim qüvvələrinin arsenalında mövcuddur.

Qeyd edək ki, rejim qüvvələrinin istifadə etdiyi raketin “Toçka-U” (Scarab-B) olduğu müəyyən edilib.

[bt_youtube url=”https://youtu.be/zyTVlyayE64″ width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.