sr8s4rv894srd9v

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakının Azadlıq Meydanında keçirilən “Zəfər paradı”ndakı çıxışı erməniləri qorxuya salıb.

Dövlət başçısı çıxışı zamanı qeyd edib ki, əslində, Ermənistanın aqressiv, təcavüzkar siyasəti hələ 80-ci illərin sonlarından başlanmışdır: “Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır “O vaxt indiki Ermənistan Respublikasında yaşamış yüz minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb. Ancaq Ermənistan rəhbərliyi o vaxt yüz minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır”.

Bu çıxışdan sonra düşmən qorxuya düşüb. Ermənilər sosial şəbəkələrdə paylaşımlar etməyə başlayıblar. Paylaşımlarda yenidən müharibəyə hazır olmağa çağırışlar ediblər.

Leyla Mirzə

araz.az xəbər portalı.