“Ermənistanda vəziyyət o yerə çatıb ki, baş nazir və vətəndaşlara silah qaldırırlar”.
araz.az Pravda.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan deyib.
“Artıq Ermənistanda vəziyyət o həddə çatıb ki, baş nazirə, vətəndaşlara silah qaldırırlar. Ermənistan əslində yenidən hərbi vəziyyətə girib və iki dəfə parlament sədrini öldürmək istədikləri və əllərində silahlar baş nazirin evinə getdikləri bir vəziyyət yaşanır. Yəni narahatlığa səbəb olmadığını düşünürsünüz?”, – Simonyan bildirib.
Xatırladaq ki, dünən Nikol Paşinyanın mühafizəçiləri baş nazirin istefasını tələb edən etirazçılara silah qaldırıb. Paşinyanın mühafizəçilərinin videoları sosial şəbəkələrdə kəskin etirazlara səbəb olub.
araz.az
araz.az xəbər portalı.