WhatsApp Image 2020 12 11 at 23.42.51

 
44 günlük Vətən Müharibəsinə qismən səfərbərlik və digər  proqramlar çərçivəsində cəlb edilən, cəbhə xəttinə göndərilən, döyüşlərdə iştirak edən  jurnalistlərin siyahısı hazırlanıb. Bu barədə araz.az-a daxil olan məlumatda bildirilir ki, Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli də lent.az-a bildirib ki, təmsil etdiyi hər iki qurum  2020-ci il sentyabrın 27-dən — Vətən Müharibəsinin ilk günündən başlayaraq, KİV təmsilçilərinin fəaliyyəti ilə bağlı monitorinq aparıb, prosesləri diqqətdə saxlayıb, zərurət yaranan anda, onlara uyğun dəstək veriblər: “KİV işçiləri 44 günlük Vətən Müharibəsində, cəbhə xəttində həm xəbər istehsalçısı qismində, həm də səfərbərlik proqramı çərçivəsində  cəlb edilmiş döyüşçü qismində iştirak ediblər. Media təmsilçilərinin fəaliyyəti hər iki istiqamətdə uğurlu olub”.
M. Ələsgərli bildirib ki, qeyd edilən dövrdə təqribən 27 nəfər jurnalist ehtiyatda olan zabit və digər kateqoriyalar qismində səfərbərlik proqramına cəlb edilərək, cəbhə xəttinə göndərilib. Həmin 27 nəfər media nümayəndəsi sırasından  2 nəfər döyüşlərin gedişində yaralanaraq, müxtəlif dərəcəli xəsarətlər alıblar. Hazırda  onların vəziyyətləri normaldır.
Monitorinqlərin yekun nəticəsinə görə, jurnalist döyüşçülərdən hər birinin xidməti qüsursuz olub və  sağlıqları normaldır”.
M. Ələsgərli onu da bildirib ki, əlavə olaraq, döyüş bölgəsində səfərbərlik proqramından kənar xidmət keçən, həqiqi hərbi xidmətdə olan sabiq KİV işçisi – ATV-nin keçmiş montajçı-əməkdaşı Davud Qurbanov oktyabrın 5-də şəhid olub: “Hərbi xidmətin davam etdiyini, təhlükəsizlik amillərini nəzərə alaraq, səfərbərlik proqramına cəlb edilmiş, cəbhə xəttinə göndərilmiş həmkarlarımızın adlarını hələlik açıqlamırıq. Onların geri dönüşündən sonra daha detallı informasiyalar veriləcək. Müşahidələrimiz, təmaslarımız davam edir.
Şəhid olan həmkarlarımıza  rəhmət, xəsarət alanlara şəfa, xidmətini davam etdirənlərə sağlıq və uğurlar diləyirik!
Cəbhə bölgəsində reportyor, xəbər istehsalçısı  kimi fəaliyyət göstərən, atəşə, hücuma məruz qalan, xəsarət alan jurnalistlərlə bağlı ayrıca hesabat hazırlanır və yaxın günlərdə təqdim ediləcək”.WhatsApp Image 2020 12 11 at 23.43.06

                   
araz.az xəbər portalı.

araz.az xəbər portalı.